Qonaq Kitabı
OĞUL, VAY!..

Növrəstə Cavadım,

Güldəstə Cavadım!

Heyif ola ki, getdin sən,

Ey xəstə Cavadım!

 

Qaldı bədovun cərgə düzülmüş başı bağlı,

Üstü bəzənən xələtin əsbablı, yaraqlı,

Hərdəm yolunu gözlər atın oxlu, sədaqlı.

Peykanlı Cavadım,

Saf qanlı Cavadım!

Çıxdın necə tez sandan,

Ad-sanlı Cavadım!

Divanxana baxubanı qulların ağlar,

Qapında əli bağlı durub ellərin ağlar,

Bülbülün oxur bağda, qızıl güllərin ağlar.

Hörmətli Cavadım,

Mürvətli Cavadım!

Həsrətlə yumdun gözünü.

Həsrətli Cavadım!

Gülzarına, aranına, yaylağına qurban,

Kaşanəsi viranə, boş otağına qurban,

Getdin, ay oğul, necə dözüm, dağına qurban.

Hımmətli Cavadım,

Qeyrətli Cavadım!

Qayıt geriyə, qayıt amandır,

Şövkətli Cavadım!

Yayınma gözümdən, dinim, imanım, oğul vay!

Fikrim, xəyalım, təndə şirin canım, oğul vay!

Dərdini çəkən ellər ilən yanım, oğul vay!

Heybətli Cavadım!

Qüdrətli Cavadım!

Gəl etmə fəramuş məni,

İzzətli Cavadım!

Məni gözü yaşlı qoyub o taya gedirsən,

Yəni bu fənadan köçüb üqbaya gedirsən,

Xeyrə dönə, oğlum, yolun, Ò»ər caya gedirsən.

Kamallı Cavadım,

Zavallı Cavadım!

Toyu yasa dönən,

Qara iqballı Cavadım!

Oğul vay, oğul vay, oğul!..

 

Qarabağ hakimi İbraÒ»im xanın oğlu Cavadın ölümü münasibətilə anasının dilindən deyilmişdir.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info