Qonaq Kitabı
ŞİVƏN-VAY

Altı bədov atlı,

Əli çərkəz qəmçili,

Arxası dağ dəstəli,

Çiyni zər tüfəngli.

 

Gümüş xəncəlli,

At bağrı çatladan,

Düşmən bağrı yaran,

Aslan ürəkli,

Şir biləkli,

Bənövşə buğlu,

Mina boylu,

Darvaza kürəkli,

Gen sinəli,

Gözü qızlar avçısı,

Dili qızlar elçisi.

 

Atın qara, zil qara,

Mindin getdin ilqara,

Sən ilqardan gəlincə,

Anan geydi zil qara!

 

Gedən qara atlı, getmə,

Yolun uzaqdı getmə,

Ananın, bacının göz yaşı

Sənə duzaqdı getmə.

 

Açılmayan tüfəngin, sivrilməyən xəncərin öz canına qurban! Ay kimi doğdun, gün kimi batdın, minəndə at bağrı yardın, saydığına salam verdin, saymadığına yan verdin, düşməninə dirsək göstərdin, qəniminə qan uddurdun!

Altının bədov atına, çiyninin tüfənginə, tərkinin dolu xurcununa, ağzının kəsərli sözünə anan qurban, ay bala! (Yaxud: «Bacın qurban, qardaş!»)



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info