Qonaq Kitabı
AĞILAR

Bostanda tağım ağlar,

Basma, yarpağım ağlar,

Nə qədər sağam, ağlaram,

Ölləm, torpağım ağlar!

 

Gəl, gedək baş bulağa,

Su yeriyər xoş bulağa,

Birin sən de, birin mən,

Tökək qan-yaş bulağa.

 

Çiçəklər Ò»ala gəldi,

Arılar bala gəldi,

Nə günaÒ» eylədim ki,

Başıma bəla gəldi.

 

Ay doğdu bizə düşdü,

Gün doğdu düzə düşdü,

Sən tək iyid cavanlar

Tezliknən gözə düşdü.

 

Mən öldüm ağlamaqdan,

Bağa su bağlamaqdan,

Bağda yarpaq qalmadı,

Yarama bağlamaqdan.

 

Ağacda xəzəl ağlar,

Dibində gözəl ağlar,

Belə oğlu ölənlər

Sərgərdan gəzər ağlar.

 

Qızılgül Ò»əşəm oldu,

Dərmədim Ò»əşəm oldu,

Mən səndən ayrılalı,

Ağlamaq peşəm oldu!

 

Əziziyəm, Ò»ər aylar,

Hər ulduzlar, Ò»ər aylar,

Oğlu ölmüş analar,

Oğul deyib Ò»araylar!

 

Əziziyəm, ay qardaş,

Qaşın ucu yay qardaş,

Ölsə bacılar ölsün,

Heç deməsin vay qardaş!

 

Bu dağlar ulu dağlar,

Çeşməli, sulu dağlar,

Burda bir qərib ölüb,

Göy kişnər, bulud ağlar!

 

Bir at mindim başı yox,

Bir çay keçdim daşı yox.

Burda bir qərib ölüb,

Yanında qardaşı yox!

 

Ələklər Ò»a ələklər,

Çirmənib ağ biləklər.

Düşmənə xəbər olsun,

Hasil olub diləklər.

 

Əzizim, gülə-gülə,

Gül əkdim gülə-gülə,

Düşmən evimi yıxdı,

Üzümə gülə-gülə!

 

Əziziyəm, vay dərdim,

Vay dərmanım, vay dərdim,

El gül əkdi, gül dərdi,

Mən gül əkdim, vay dərdim!

 

Ağlayan başdan ağlar,

Kirpikdən, qaşdan ağlar.

Qardaşı ölən bacı,

Durar obaşdan ağlar!

 

Bayquş mənəm, bayquş mən,

Hər quşlardan sayquş mən,

Nə bəlalı başım var,

Sızıldaram yay, qış mən!

 

Toxum səpili qaldı,

Bostan əkili qaldı,

Qoyub Ò»ara gedirsən,

Tifil tökülü qaldı!

 

Dərdim daşa deyərəm,

Coşa-coşa deyərəm,

İki əziz ölümü,

Qoşa-qoşa deyərəm!

 

Eləmi qalam, qardaş,

Dərdinə qalam, qardaş,

Top atıldı, bürc sındı,

Uçuldu qalam, qardaş!

 

Elədimi gül ağlar,

Bülbül ağlar, gül ağlar,

Oğlu ölən analar,

Başa tökər kül, ağlar!

 

Əziziyəm, gözəl maya,

Çəkmişəm gözəl maya,

Əsrəmiş nər öldürdün,

Qanlısan, gözəl maya.

 

Mən aşiq, oxusana,

Dərs alıb oxusana,

Sən bir gözəl maraldın,

Kim vurdu oxu sana.

 

Əziziyəm, sarı qız,

Qayıt bizə sarı qız,

Aç belinnən qurşağın, 

Cənazəmi sarı, qız.

 

Əzizim, tikə-tikə,

Kəs bağrım tikə-tikə,

Qoy mənə yar ağlasın,

Kəfənim tikə-tikə.

 

Mən aşiq, qoşa dağlar,



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info