Qonaq Kitabı
AY, YARA XOŞ GƏLDİN, DEYİN

Gedin deyin o yara,

Ay, yara xoş gəldin, deyin,

Dildara xoş gəldin, deyin.

Ərzimə, çiçəkli gül,

Gəlinə xoş gəldin, deyin.

 

Pulu verməsin nara,

Ay, yara xoş gəldin, deyin,

Dildara xoş gəldin, deyin.

Ərzimə, çiçəkli gül,

Gəlinə xoş gəldin, deyin.

 

Versin bir tirmə şala,

Ay, yara xoş gəldin, deyin,

Dildara xoş gəldin, deyin.

Ərzimə, çiçəkli gül,

Gəlinə xoş gəldin, deyin.

 

Bağlasın incə belə,

Ay, yara xoş gəldin, deyin,

Dildara xoş gəldin, deyin.

Ərzimə, çiçəkli gül,

Gəlinə xoş gəldin, deyin.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info