Qonaq Kitabı
BƏYİN TƏRİFİ

Qismətinmiş sənin güllər butası,

Sən olasan doqquz oğul atası.

Dursun xələt versin bəyin atası.

Görüm ay bəy, toyun mübarək olsun,

Sağdöşünə, soldöşünə borc olsun,

Ay borc olsun, ay borc olsun.

 

Dəryada oynayır NuÒ»un gəmisi,

Asta çal, balabançı, eşit bu səsi,

Bizə xələt versin bəyin əmisi,

Görüm a bəy, toyun mübarək olsun,

Sağdöşünə, soldöşünə borc olsun,

Ay borc olsun, ay borc olsun.

 

Qızıl gülü dəstə-dəstə tutası,

Həvəslənib yar yarına atası,

Dursun xələt versin bəyin dayısı.

Görüm a bəy, toyun mübarək olsun,

Sağdöşünə, soldöşünə borc olsun,

Ay borc olsun, ay borc olsun.

 

Yaxşı olur Lənkəranın düyüsü,

İrisin yeyirlər, qalır xırdası,

Bizə xələt versin bəyin bibisi,

Görüm a bəy, toyun mübarək olsun,

Sağdöşünə, soldöşünə borc olsun,

Ay borc olsun, ay borc olsun.

 

Camalı mat qoyub ayı, ulduzu,

Görüm Ò»alal olsun çörəyi, duzu,

Xələt versin bizə bəyin baldızı.

Görüm a bəy, toyun mübarək olsun,

Sağdöşünə, soldöşünə borc olsun,

Ay borc olsun, ay borc olsun.

 

Əlində tutubdur o qızılquşu,

Kəklik sövdasıyla anar dağ-daşı,

Dursun xələt versin qoÒ»um-qardaşı.

Görüm a bəy, toyun mübarək olsun,

Sağdöşünə, soldöşünə, borc olsun,

Ay borc olsun, ay borc olsun.

 

Günəş boy göstərib açılır səÒ»ər,

İgidlər meydanda göstərir Ò»ünər.

Xələtimi versin toya gələnlər.

Görüm a bəy, toyun mübarək olsun,

Sağdöşünə, soldöşünə borc olsun,

Ay borc olsun, ay borc olsun.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info