Qonaq Kitabı
QARDAŞIMIN TOY QOYUNU

Ay bu gün başladıq toya,

Qardaşımın toy qoyunu,

Bıçaq gətir kəs qoyunu.

Ərkəcləri saya-saya,

Qardaşımın toy qoyunu,

Bıçaq gətir kəs qoyunu,

Qoy gəlsin çıxsın ortaya,

Qardaşımın toy qoyunu,

Bıçaq gətir kəs qoyunu.

 

Buynuzları qoşa-qoşa,

Qardaşımın toy qoyunu,

Bıçaq gətir kəs qoyunu.

Qoçlar gəlir qoşa-qoşa,

Qardaşımın toy qoyunu,

Bıçaq gətir kəs qoyunu.

Kabab üçün gəlsin başa,

Qardaşımın toy qoyunu,

Bıçaq gətir kəs qoyunu.

 

Gün qurtarır axşam

Qardaşımın toy qoyunu,

Bıçaq gətir kəs qoyunu.

Ortaya güllü şam gəlir,

Qardaşımın toy qoyunu,

Bıçaq gətir kəs qoyunu.

Kabab, basdırma, şam gəlir,

Qardaşımın toy qoyunu,

Bıçaq gətir kəs qoyunu.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info