Qonaq Kitabı
BACIM, TOYUN MÜBARƏK!

Bacım, toyun mübarək, bəstə boyun mübarək!

Gedən yerdən xeyir görəsən, ayın, günün mübarək!

Əzizinəm, bəstəyəm,

Bacım, toyun mübarək! (iki dəfə)

Əlində güldəstəyəm,

Bacım, toyun mübarək! (iki dəfə)

Xəbər alsan Ò»alımı,

Bacım, toyun mübarək! (iki dəfə)

Mən sənin üçün xəstəyəm,

Bacım, toyun mübarək, bəstə boyun mübarək,

Gedən yerdən xeyir görəsən, ayın, günün mübarək!

 

Qərənfiləm, al xaram

Bacım, toyun mübarək! (iki dəfə)

Açılmağa qorxaram,

Bacım, toyun mübarək! (iki dəfə)

Camalını görsəm yar,

Bacım, toyun mübarək! (iki dəfə)

Xəstə olsam qalxaram,

Bacım, toyun mübarək, bəstə boyun mübarək,

Gedən yerdən xeyir görəsən, ayın, günün mübarək!

 

Qərənfilsən, məzəsən,

Bacım, toyun mübarək! (iki dəfə)

Hər bir güldən təzəsən,

Bacım, toyun mübarək! (iki dəfə)

Arzum var öz toyunda;

Bacım, toyun mübarək! (iki dəfə)

Oynayasan, süzəsən,

Bacım, toyun mübarək, bəstə boyun mübarək,

Gedən yerdən xeyir görəsən, ayın, günün mübarək!



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info