Qonaq Kitabı
YAXŞI BƏZƏK VURUN BİZİM GƏL1NƏ

Yaxşı bəzək vurun bizim gəlinə, gəlinə,

Qızlar, güllər düzün onun telinə, telinə.

Ay bu qala daşlı qala,

Yaxşı bəzək vurun bizim gəlinə, gəlinə (iki dəfə)

Ay üstü üçbaşlı qala,

Yaxşı bəzək vurun bizim gəlinə, gəlinə (iki dəfə)

Ay anası maral xanım,

Yaxşı bəzək vurun bizim gəlinə, gəlinə (iki dəfə)

Ay qızı ceyran balası.

Yaxşı bəzək vurun bizim gəlinə, gəlinə,

Qızlar, güllər düzün onun telinə, telinə.

 

Ay sonalar uçar gedər,

Yaxşı bəzək vurun bizim gəlinə, gəlinə (iki dəfə)

 

Ay qanadın açar gedər,

Yaxşı bəzək vurun bizim gəlinə, gəlinə (iki dəfə)

Ay Muğanın göy düzündə,

Yaxşı bəzək vurun bizim gəlinə, gəlinə (iki dəfə)

Ay aÒ»ular qaçar gedər.

Yaxşı bəzək vurun bizim gəlinə, gəlinə,

Qızlar, güllər düzün onun telinə, telinə.

Ay dağların dibi daşdı,

Yaxşı bəzək vurun bizim gəlinə, gəlinə (ıki dəfə)

Ay gözümə gül sataşdı,

Yaxşı bəzək vurun bizim gəlinə, gəlinə (iki dəfə)

Ay günün ətirli seli,

Yaxşı bəzək vurun bizim gəlinə, gəlinə (iki dəfə)

Ay başımdan aşdı, daşdı.

Yaxşı bəzək vurun bizim gəlinə, gəlinə (iki dəfə)

Ay başımdan aşdı, daşdı,

Yaxşı bəzək vurun bizim gəlinə, gəlinə.

Qızlar, güllər düzün onun telinə, telinə.

Ay bağçalar çiçək, çiçək.

Yaxşı bəzək vurun bizim gəlinə, gəlinə {iki dəfə)

Ay çiçəklər ləçək, ləçək,

Yaxşı bəzək vurun bizim gəlinə, gəlinə (iki dəfə)

Ay bizim gəlintək olmaz,

Yaxşı bəzək vurun bizim gəlinə-gəlinə (iki dəfə)

Ay qaraqaş, üzü göyçək.

Yaxşı bəzək vurun bizlm gəlinə, gəlinə.

Qızlar, güllər düzün onun telinə, telinə.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info