Qonaq Kitabı
CİGEY-CİGEY

Şəftəliyəm, kalam mən,

Dilim yoxdur, lalam mən.

Qürbət eldə qız sevdim,

Pulum yoxdur alam mən.

Cigey, cigey, cigey, cigey.

Baxey, baxey, baxey, baxey.

 

Şəftəliyəm, meyvəm mazı,

Dəymədi qaldım tamarzı.

Alaydım sevdiyim qızı,

Tamam olaydı Ò»ər yanı.

Cigey, cigey, cigey, cigey,

Baxey, baxey, baxey, baxey.

 

Şəftəliyəm, dəyməmişəm,

Qol-budağım əyməmişəm.

Quran gətir, and içim,

Mən o qıza dəyməmişəm.

Cigey, cigey, cigey, cigey.

Baxey, baxey, baxey, baxey.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info