Qonaq Kitabı
HARA GEDİRSƏN?

Çıxdım qalanın burcuna,

Əşrəfi tökdüm xurcuna,

Bir öpüş ver, yol xarcına.

Ay gözəl, Ò»ara gedirsən,

Yoxsa ki, toya gedirsən?

 

Çıxdım dalanın zilinə,

Oxumu atdım tilinə,

Gül sancıb qara telinə,

Ay gözəl, Ò»ara gedirsən,

Yoxsa ki, toya gedirsən?

 

Çıxdım dalanın başına,

Üzümü sürtdüm daşına,

Qurban olum qardaşına,

Ay gözəl, Ò»ara gedirsən,

Yoxsa ki, toya gedirsən?



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info