Qonaq Kitabı
TOYUN MÜBARƏK OLSUN

Xonçana düzdüm noğul, badam,

Toyun elədim, ürəkdən şadam,

Sağ olsun məclisə yığılan adam,

Görüm a bəy, toyun mübarək olsun,

Sağdışına, soldışına borc olsun!

 

Qızıl gül dəstəsi, nərgiz butası,

Səni görməyəsən duşman xatası,

Sən olasan yeddi oğul atası,

Görüm a bəy, toyun mübarək olsun,

Sağdışına, soldışına borc olsun!

 

Qızıl gülü dəstə-dəstə dərərlər,

Dəribən də yaylıx üstə sərərlər,

Aşıqlara mujdə xələt verərlər,

Görüm a bəy, toyun mübarək olsun,

Sağdışına, soldışına borc olsun!



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info