Qonaq Kitabı
TOY BAYATILARI

Qızıl yüzüyün qaşı,

Yandı bağrımın başı,

Mən deyən yar olmasa,

Yandırram dağı-daşı.

 

Ərəqçini qızıl qoy,

Dövrəsinə qızıl qoy,

Məni sana verməzlər,

Get atını Ò»azır qoy.

 

Bu gün bayram elərik,

Bağda seyran elərik,

Yar bayrama gəlməsə,

Bayramı tərk elərik.

 

Barmağımda bir yüzük,

Sağ qolumda bilərzik,   

Mən ona qurban olum,

Boynumdan beli nazik.

 

Tamburun teli nazik,

Qol üstə çıft bilərzik,

Yadigarə vermişəm,

Qırmızı qaşlı yüzük.

 

Papiros çəkər dostum,

Dodağı şəkər dostum,

Sən papiros çəkəndə,

Mən sana nökər dostum.

 

Çəpəri basma, [-ay] oğlan!

Yolumu kəsmə, [-ay] oğlan!

Mən özgənin malıyam,

Hələ tələsmə, [-ay] oğlan!

 

Gedər [+lər) oraq ilən,

Bir dəstə yaraq ilən,

Telə sığal çəkərlər,

Əlində daraq ilən.

 

Tambur ilən, saz ilən,

Ördək ilən, qaz ilən,

Bircə gecə yataydım,   

(+ Sevdicəyim) qız ilən.

Bu fayton bizim olsun,

Topları qızıl olsun,

Biz alası qızların,

Ömürləri uzun olsun.

 

Dağlar dağlara baxar,

Aradan çaylar axar,

Bizim yerdə adətdir,

Sevən-sevənə baxar,

 

Bostanda yemiş olur,

Yeməmiş dəymiş olur,

Oğlanı dərdə salan,

Qız deyən ölmüş olur.

 

Pəncərədən əl eylər,

Əlləri gəl-gəl eylər,

İki könül bir olsa,

Dağdan, daşdan yol eylər.

 

Bu yol yolamı gedər?

Ceyran çöləmi gedər?

On beşinə yetən qız,

Evdə yolamı gedər?

 

Ay qız, adın Qızyetər,

Bağda qızıl gül bitər,

Yüzünü boşaltgilən,

Bəlkə diləgim bitər.

 

Buğdalar köklü nədir?

Yar sevdim, bir danədir,

Olmuşam yer dəlisi,

Deyirlər divanədir.

 

Kür qırağı sərindir,

Girmə oğlan, dərindir.

Oğlanı dərdə salan,

Ala gözlü gəlindir.

 

Boz at mindim, boz oldu,

Yorğa sürdüm, toz oldu,

Qız, yaylığın düşübən,

Mən götürdüm, söz oldu.

 

Qoruxda qoyun quzu,

Qoyuna verdim duzu,

Dövlətə susamayın,

Yigitə verin qızı.

 

Bu dağın o üzləri,

Açılıb nərgizləri,

Oğlan qızın dərdindən,

İtirib öküzləri.

 

Qara atın nalıyam,

Göyçək yüzün xalıyam,

Oğlan, Ò»eç fikir çəkmə,

İstəklimin malıyam.

 

Qizılgülü biçmişəm,

Biçəndə and içmişəm,

Yüz min oğlan içində,

Bircə səni seçmişəm.

 

Bakıdan sandal aldım,

Bir tayın yolda saldım,

Ay kimi [+bir] qız sevdim,

Heyva kimi saraldım.

 

Qanda durmaqdan öldüm,

Boynum burmaqdan öldüm,

Ayaq yalın, baş açıq,

Götürüb qoymaqdan öldüm.

 

Dam üstə yatan oğlan!

Köynəyi kətan oğlan!



 
[1] [2] [3] [4] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info