Qonaq Kitabı
VƏSFİ-HALLAR

Bülbül oxur yuvada,

Can gülüm, can, çan!

Qanad çalır Ò»avada,

Can gülüm, can, can!

Əmim oğlu sağ olsun,

Can gülüm, can, can!

Mən niyə gedim yada?

Can gülüm, can, can!

 

* * *

 

Sürmədanın  milisən,

Can gülüm, can, can!

Dost  bağının  gülüsən,

Can gülüm, can, can!

Həm yaxın qonşususan,

Həm də sevgilisisən.

Can gülüm, can, can!

Can gülüm, can, can!

 

* * *

 

Ağ at gəlir enişdən,

Sinəbəndi gümüşdən.

Bizə də nəsib olsun, 

Heybədəki yemişdən

 

* * *

 

Güzgünü atdım bayıra,

Şövqü şəfəqi çayıra.

Yığılın qoÒ»um-qardaş,

İşimiz dönüb xeyirə.

 

* * *

 

Bu məscidi mən yapdım,

Darvazasın gen yapdım,

Şax atdı, budaq atdı,

Kölgəsində mən yatdım.

 

* * *

 

Göydə bir quzu gördüm,

Tükün qırmızı gördüm,

Açdım cənnət qapısın

Sevdiyim qızı gördüm.

 

* * *

 

Məscidin ocağında, 

Şam yanar bucağında.

AllaÒ» muradın versin

Ağ oğlan qucağında.

 

* * *

 

Qapıdan biri gəldi,

Gözümün nuru gəldi.

Bu arxı kim arıtdı,

Su belə duru gəldi.

 

* * *

 

Oturmuşdum səkidə,

Ürəyim səksəkidə,

Üç qızıl alma gəldi,

Bir gümüş nəlbəkidə.

* * *

 

KəÒ»ər at nalı neylər,

Gözəl qız xalı neylər,

Səni sevən o igid,

Dünyada malı neylər.



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info