Qonaq Kitabı
YAĞMURU ÇAĞIRIŞ

Göydə-dövdə nə gəlir,

Bir sürü yağmur gəlir,

Ambar da dolu-dolu,

Sənəklə sulu-sulu,

Göydən Ò»ərəkət,

Yerdən bərəkət.

Tanrım, tanrım, selləcə yağmur!

 

* * *

 

Göy, göy, göy olsun!

Arpa, buğda bol olsun!

Ala öküz qurban olsun,

Boynumuzda boyunduruq,

Dura-dura yorulduq,

Acımızdan qırıldıq,

Yerdən bərəkət,

Göydən Ò»ərəkət.

Tanrım, tanrım, selləcə yağmur!

 

* * *

 

Çömçə gəlin nə istər,

Çömçə gəlin su istər.

Ver, AllaÒ»ım, ver!

Yağmur ilə sel!

Qoç qoyun qurban,

Göbəkli xırman.

 

Yaz yağmuru yalançı,

Gavur qızı dilənçi,

Ver, AllaÒ»ım, ver!

Yağmur ilə sel!

Qoç qoyun qurban,

Göbəkli xırman.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info