Qonaq Kitabı
XIDIR NƏBİ

Xıdır, xıdır, xıd gətir,

Var dərədən od gətir,

Mən Xıdırın nəyiyəm,

Bircə belə dayıyam,

Ayağının nalıyam,

Başının torbasıyam.

 

Xıdıra xıdır deyərlər,

Xıdıra çıraq qoyarlar,

Xıdıra pay yığmağa,

Biz gəlmişik Ò»ayınan.

Xıdır batdı palçığa,

Çıxartdılar Ò»araynan.

Xıdır Nəbi, Xıdır İlyas,

Bitdi çiçək, oldu yaz.

Mən Xıdırın quluyam,

Boz atının çuluyam,

 

Xıdır getdi Ò»ayınan,

Bir qulança dayınan,

Dayı palçığa batdı,

Xıdır yanında yatdı.

Xıdır, Xıdır, Xıdır İlyas,

Bitdi çiçək, oldu yaz.

 

Xanım ayağa dursana,

Yük dibinə varsana,

Boşqabı doldursana,

Xıdırı yola salsana.

 

Çatma, çatma çatmaya,

Çatma yerə batmaya,

Xıdır payın kəsənin

Ayağı yerə çatmaya,

Gecə evində yatmaya.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info