Qonaq Kitabı
HOLAVARLAR

Qara kotan ağırdır,

Öküzlərim yağırdır,

Qarmax tellim çəxməyir,

Xınalım da sağırdır.

 

Ökuz, öküz, xan öküz,

Boynu qızıl qan öküz,

Çək çayırdan, çəməndən,

Sənə can qurban, öküz,

 

Öküzüm birdi mənim,

Taleyim kürdü mənim,

İki oldu öküzüm,

Qara çuxam durdu mənim.

 

Başına mən dolanım,

Mən dönüm, mən dolanım,

Ölmə, ölmə yazığam

Kölgənə mən dolanım.

 

Boynunu mən yağlaram,

Yaman gözü dağlaram,

Tez çək, maral öküzüm,

Geri qalsan ağlaram.

 

Öküzun Ò»odaqları,

Sallanıb dodaqları,

Tez çəkin yer qurtarsın,

Qayıtsın Ò»odaqları.

 

Telli mərcan, bizə gəl,

Dağdan enib düzə gəl,

Dırnağının iziylə

Bu yerləri bəzə, gəl.

 

Çəkən öküz mərd olur,

Çəkməyənə dərd olur,

Tənbəl öküz yiyəsi,

Xəcil olur, pərt olur.

 

Qızıl öküzüm, yeri,

Qoyma şum qala geri,

İti tərpən, maralım,

Düşmənlər baxır bəri.

 

İranadakı boz öküz,

Qoparıbdı toz öküz,

Alıb yerin canını,

Çıxsın yaman göz, öküz.

 

Öküz qayıtdı qaşdan,

Ay AllaÒ», saxla daşdan,

Bədnəzər qabaqdadı,

Yolunu sal bu başdan.

 

Dağ döşündə yatana,

Gün gedər ay batana,

Qara öküz qarğıyar,

Cütün maçın tutana.

 

Qara öküz aranda,

Çıxar gün qızaranda,

Podaq murada çatar,

Torpaqdan bar alanda.

 

Öküzüm gedər işə,

Qorxuram bağrı bişə,

Nola bir bulut gələ,

Göydən yerə nəm düşə.

 

Öküzlər qoşa getdi,

Güc vurdu daşa, getdi.

Cütün maçı qırıldı,

ZəÒ»mətim boşa getdi.

 

Öküzlərim naz eylər,

Quyruq bular, toz eylər,

Hər axşam gün batanda,

Kövşəndə pərvaz eylər.

 

Öküz, boynun yağlarım,

Düşmən gözün dağlaram,

Rananı dərin götür,

Sənə yonca bağlaram.



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info