Qonaq Kitabı
NADİR ŞAH

Nadir şah çətin keçidləri öyrənmək üçün başının dəstəsilə birlikdə alçaqlı-ucalı dağlara gəzməyə çıxır. Yolu Çənlidağın ayağına düşür, oradan da Qoşqarçay dərəsinə enir. ŞaÒ» qəflətən qarşısına çıxan mənzərəni görəndə gözlərinə inanmır, onu Ò»eyrət götürür. Görür ki, gənc bir oğlan iki qaya arasında kəndir üstə oynayır, altından da qıjÒ»aqıjla dağ çayı axır.

ŞaÒ» ətrafdakılardan soruşur:

- Bu kimdir? Haralıdır?

Hamıdan əvvəl Elat kişi dillənir:

- O bizim pəÒ»ləvanımız Xanoğlandır.

- Sizin xanınız, Xanoğlanınız da var?

Sözün kinayə ilə deyildiyini başa düşən Elat kişi şaÒ»ı cavabsız qoymur:

- Bəli, bu dağlarda Ò»ər kəs özünə bir xandır.

ŞaÒ» qəzəbindən dodağını çeynəyir. Elat kişinin yaxasından tutub, onu bərk-bərk silkələyir. Bunu görən Xanoğlan kəndirin üstündə oynaya-oynaya barmağı ilə şaÒ»ı Ò»ədələyir.

ŞaÒ» buna dözə bilmir. Xanoğlan oynaya-oynaya çayın ortasına çatanda namərdlik edib xəncərlə kəndiri doğrayır. Gənc pəÒ»ləvan Qoşrqarçayın sal daşlarına çırpılıb parça-parça olur. Qoşqarçayın zümrüd suları al qana boyanır, qayalardan sallanan kəndirin ucları suya düşür.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info