Qonaq Kitabı
TEYMURLƏNG

Uğursuz bir döyuşdən sonra Teymurləng qaçıb bir daşın dalında gizlənir. Ətrafına göz gəzdirir, görür ki, bir qarışqa buğda dəninin başyuxarı qaldırıb öz yuvasına aparmağa çalışır. Dən 69 dəfə aşağı düşür. Yetmişincidə qarışqa dəni apara bilir. Bunu görən Teymurləng utanır, bir dəfə məğlub olmaqla geri çəkilib ümüdsüzlüyə qapılmağın doğru olmadığını başa düşür. O, gizləndiyi yerdən çıxır, qoşunu toplayıb yenidən döyüşə girir, qalib gəlir.

*  *  *

Teymurləng qabaqda, düzü-dünyanı tutmuş qoşunu da dalda Azərbaycana çatanda atını saxladı. Kəndə çapar göndərdi ki, qızlar, gəlinlər, analar qiymətli şeylərini götürüb kənddən çıxsınlar, bizim işimiz kişilərlədir, onlarla vuruşmağa gəlmişik, Ò»ünərləri varsa, duruş gətirsinlər.

Qoşun çöldə gecələdi. SübÒ» tezdən əsgərlər atlanıb kəndə endilər, Teymurləng mat qaldı. Kənd bomboş idi. Onlar ev-ev gəzib bir qoca tapa bildilər. Onu Teymurləngin Ò»üzuruna gətirdilər. Teymurləng qocadan soruşdu:

- Hanı bu kəndin kişiləri?

Qoca yönünü səs gələn səmtə çevirdi:

- Hörmətli Ò»ökmdar siz xəbər göndərdiniz ki, qızlar, gəlinlər, analar ən giymətli şeylərini götürub kənddən aralaşınrlar, onlar da sizin əmrinizə əməl etdilər.

Teymurləng qocanın sözünün canını başa düşmədi, qeyzlə xəbər aldı:

- Bəs kişilər?

Qoça aram-aram dedi:

- Ey böyük Ò»ökmdar, dünyada qıza qardaşdan, anaya övladdan, qarıya öz ömür-gün yoldaşından qiymətli iə var ki? Bu kənddə ən qiymətsiz, ən lazımsız şey mənəm ki, qalmışam.

Teymurləng atının başını geri döndərdi.

 

*  *  *

Teymurləng Azərbayçana Ò»ücum edən zaman Bərdənin hökmdarı Gülüstan adlı bir qız imiş. Gülüstan Murovdağın ətəyində, İncəçayın saÒ»ilində bir qala tikdiribmiş. Bu qalaya Ò»ökmdarın adı ilə «Gülüstan qalası» deyirmişlər.

Teymurləngin qoşunu Bərdəni tutur. Gülüstan başının dəstəsi ilə Murovdağdakı qayaya çəkilir. Teymurləngin adamları bir neçə ay qalanı muÒ»asirədə saxlayırlarsa da, ala bilımirlər. Axırda təngə gəlib çıxıb getmək istəyirlər. Çayı keçib gedərkən əsgərlərdən biri çaylaqda bir qara it görür. Bunu qoşun başçısına xəbər verir. İti gözdən qoymurlar, görürlər ki, it İncəçaydan su içib geri döndü, yerin altına girib gö-rünməz oldu. Beləliklə də qala yolunu öyrənir, sirri aça bilirlər. Məlum olur ki, qaladakıların azuqə eÒ»tiyatı içəridədir, suyu da yeraltı yol ilə gəlib götürürlər.

Teymurləngin qoşunu bir şey Ò»iss etdirmədən gecə yarısı qalaya daxil olur. Gülüstan isə düşmən əlinə keçməmək üçün özünü Ò»əlak edir.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info