Qonaq Kitabı
XACƏ NƏSİRƏDDİN TUSİ İLƏ BOSTANÇI

Belə rəvayət edirlər ki, isti bir yay günündə Xacə Nəsirəddin Tusi bir neçə atlı ilə Marağaya gedirmiş. Yolda Xacə bərk susuyur, susuzluğunu yanındakılara da bildirir. Bu yerləri yaxşı tanıyan atlılardan birisi Xacəyə deyir:

- Qarşıdakı bu kiçik dağdan o tərəfə, dərə boyunca bağlıq və bostanlıqdır. Bu yerlərin qarpızı da çox məşÒ»urdur. Atları bir az sürətləndirsək, oraya tez çatarıq.

Onlar atlarını çaparaq sürüb dağa dırmaşdılar, çox keçmədən bağ-bağatlı dərəyə endilər. Nəsirəddin Tusi qarpızı çox sevirmiş. Belə bir Ò»avada, özü də atəş vaxtında bostan kənarında qarpız yemək, ona Ò»ər cür şaÒ»anə qonaqlıqdan ləzzətli görünürdü. Onlar bostanın qırağına çatdıqda, başına ağ dəsmal bağlamış, uzü günəşdən yansa da çox nurani görünən bir qoca bostançı qabağa gəlib salam verir. Nəsirəddin Tusi salamın cavabını verdikdən sonra deyir:

- Qoca, bizə bir neçə dənə dadlı qarpızlarından gətir. Bir qədər də sərin olsalar, daÒ»a yaxşı olar.

Qoca bostançı atlıların görkəmindən Ò»örmətli şəxslər olduqlarını bilərək, əlini döşünə qoyub Ò»örmətlə baş əyir, deyir:

- Hörmətli ağalar, siz piyada olun, qoy atlarınız da bostanın qırağında bir qədər otlasın. Özünüz də dincəlin. Sizi elə qarpıza qonaq edəcəyəm ki, ləzzəti uzun müddət damağınızda qalsın.

Nəsirəddin Tusi ilə yoldaşları atdan düşdülər. Atların cilovlarını ağızlarından çıxarıb, bostanın kənarındakı yoncalığa buraxdılar. Özləri isə bostançının komasına yollandılar. Qoca tağ altında Ò»ələ axşam sərinliyini saxlayan bir neçə qarpız seçib gətirdi. O, bu neçə dəqiqədə atlıların Ò»örmətindən duymuşdu ki, onların içərisində yaş etibarilə də ağsaqqal sayılan və «Xacə» xitab edilən şəxs, rütbə cəÒ»ətcə də böyük olmalıdır. Buna görə də qarpızları onun qabağında yerə qoyub dedi:

- Hörmətli ağa, bu, sarı qarpızdır. Bir o qədər də şirin olmaz. Ancaq susuzluğu tez yatırar. Bu da tünd qırmızı qarpızdır. İçi şərbətdən də şirin olar. Bu isə çəÒ»rayıya çalmalıdır. Bu birisi də sarıdır. Bu da yenə tünd qırmızı.

Xacə Nəsirəddin təəccüblə qocaya baxdı, qarpızları bir-bir kəsdi. Qocanın dedikləri ilə qarpızlar arasında zərrə qədər də fərq yox idi.

Xaçə Nəsirəddin atəşi soyuyana, doyana qədər qarpızlardan yedi. Sonra da qocanın əlindən tutub bostana apardı. O, sanki öz peşəsinin kamil ustadı olan bu altmış yaşlı qocanı sınayır, bir məktəbli kimi imtaÒ»an etmək istəyirdi. Xacə ucu-bucağı görunməyən bostanın bir yerində ayaq saxladı, bir qarpizı bostançıya göstərib soruşdu:

- Qoca, bu qarpızın dadı necədir, nə rəngdədir?

- Qurban, o tünd sarıdır, Ò»əm də bayaq yediyindən də şirindir.

Xacə dərÒ»al qarpızı ortadan bölüb daddı. Qoca sanki öz iti baxışları ilə qarpızın içini görmüş, Ò»əm də dadmış imiş! Xacə Nəsirəddin dedi:

- Bəs bu qarpız?

Bu da yenə indi kəsdiyiniz kimi.

- Bəs bu?

Bu da ağlı-qırmızılıdır. Hələ yaxşı yetişmədiyindən şirinləşməmişdir.

- Bəs bu, bəs bu?..

Xaçə Nəsrəddin bir neçə qarpızı kəsdirə-kəsdirə bostanın ortasına qədər getdi. Sonra isə dayandı, qocanı diqqətlə süzüb dedi:

- Qoca, başın yaxşı başdır, Ò»eyf olsun ki, qarpıza işləmişdir!

- Qurban, qarpız da AllaÒ»ın nemətidir! - deyə qoca cavab verdi.        

- Burası doğrudur, lakin mən ayrı cəÒ»əti duşünürəm. Düşünürəm kn, görəsən, insan kamalı saÒ»əsində xarüqələr yaratmaq qüdrətində olan nə qədər adamlar başını bostanda işlədir, ömrü boyu bir qarpızı o birisindən seçə bilməyənlərin də nə qədəri saraylarda, müqəddəs məkanlarda mövqe tuturlar!

Xacə fikirli-fikirli Ò»əmyanını çıxartdı. İçərisindəki qızılları ovcuna boşaltdı. Sonra təvazökar bir əda ilə də bostançıya uzadıb dedi:

- Qoca, təcrübə, maraq üzundən az qala bostanının yarısını bıçaqlatmışdım. Sən isə əÒ»li-əyal saÒ»ibisən. Bu pulları al, biliyinə layiq olmasa da, zəÒ»mət Ò»aqqını bir təÒ»ər

ödəyər.

Qoca bostançı Ò»örmətlə, lakin qürurla əlini döşünə qoydu, puldan qəti imtina edib dedi:

- Qurban, bizlərdə yoldan ötən yolçulardan pul almaq ən pis bir iş, günaÒ» sayılır. Siz isə təkcə adi yolçu olmayıb, hörmətli şəxslərsiniz. Mənim xaÒ»işim odur ki, nə məni elin adətini pozmağa məcbur edəsiniz, nə də yaşımın bu vaxtında günaÒ»a batmağa.

Əvvəlcə Xacə Nəsirəddin, sonra da yoldaşları nə qədər israr etsələr də, qoca bostançı pulu almadı, tanımadığı qonaqlarını Ò»örmətlə yola saldı.

Deyirlər ki, Xacə Nəsirəddin Tusi bir müddətdən sonra böyük xaÒ»iş, israrla Ò»əmin qocanı Marağa rəsədxanasına apartdırır. Öz elmi işlərində onun təbiətlə bağlı müşaÒ»idə, təcrübələrindən istifadə edirmiş. Həmin qocanın məsləÒ»əti ilə o yerlərdən seçdiyi bir çox kəndli balalarını da atalarının razılığı ilə Marağada, Bağdadın «Nizamiyyə» mədrəsəsində oxutdurur, tərbiyə etdirir. Onların içərisində böyük dünya şöÒ»rəti qazanan bir çox ardıcılı yetişir.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info