Qonaq Kitabı
MAKEDONİYALI İSGƏNDƏR

İsgəndərin başında buynuz bitmişdi. O, buynuzu saçı ilə örtür, Ò»amıdan gizli saxlayır, başını qırxdıranda isə Ò»ər dəfə dəlləyi öldurtdürürdü. Tək bir dəlləyi qalmışdı. O isə and içmişdi ki, bu əÒ»valatı Ò»eç kimə deməyəcək. Dəllək bu yolla özünü ölümdən qurtara bilir. Bir muddətdən sonra dəlləyin qarnı köpməyə başlayır. O, çarəsiz qalıb çölə gedir, bir quyunun başına gəlib deyir:

«İsgəndərin buynuzu var, buynuzu».

Bundan sonra onun ürəyi sakitləşir, get-gedə qarnının köpü çəkilir. Çox keçmədən quyuda bir qamış bitir. Bir çoban onu kəsib tütək düzəldir. Tütək çalınanda açıq-aydın bu sözlər eşidilir: «İsgəndərin buynuzu var, buynuzu».

İsgəndərin yolu burdan düşəndə tütəyin səsini eşidir. Bu sirrin kim tərəfindən açıldığıni yadına salıb dərÒ»al dəlləyi yanına çağırtdırır. İsgəndərin Ò»ökmu ilə dəlləyi edam edirlər.

İsgəndər dünyada sirri gizlətməyin çox çətin olduğunu başa duşur.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info