Qonaq Kitabı
TOMİRİS

Bu xalq Kirin Ò»ökmranlığı altına keçəndən sonra padşaÒ» massaqetləri də özünə tabe etmək istədi. Massaqetlər sayca çox və döyuşkən bir xalq Ò»esab olunurdu, şərqdə, Araz çayının o tayında, issedonlarla qarşı-qarşıya yaşayırdılar.

Bəziləri deyirlər ki, Araz çayı İstradan böyükdür, bəziləri deyir, yox, kiçikdir. Deyildiyinə görə, Araz çayının ortasında bir çox adalar vardır və bunlar Lesba adası böyüklükdədir. Adaların əÒ»alisi yayda yığdıqları cürbəcür köklərlə dolanırlar, qışda isə bəzi ağacların meyvələrindən xörək üçün istifadə edirlər. Bu meyvələri yayda, dəyən zaman yığıb bir eÒ»tiyat kimi qışa saxlayırlar. Deyirlər ki, onlar başqa bir ağac da tapmışlar, bu ağacın meyvələrini bir yerə yığıb yanında ocaq qalayır və özləri də ocağın başında dövrə vurub otururlar, sonra bu meyvələri götürüb odun içinə atırlar və odda qızarmış meyvələri iyləməyə başlayırlar. Ellinlər şərabdan sərxoş olan kimi, onlar da bu meyvələrin qoxusundan sərxoş olurlar, oda nə qədər çox meyvə atsalar, bir o qədər artıq sərxoş olur, axırda ortalığa düşüb oynayır və nəğmə oxuyurlar. Onların məişəti barəsində belə-belə sözlər nəql edirlər.

Araz çayı matienlərin torpağından keçir və Qinda çayı da öz mənbəyini buradan alır. Kir bu çayı üç yuz altmış arxa bölmüşdü. Bu çayın qırx qolu vardır. Bir qolundan başqa bütün qollar bataqlıqların arasında itir. Deyildiyinə görə, burda yaşayan adamlar çiy balıq yeyir və əyinlərinə suiti dərisi geyirlər. Arazın qollarından ancaq biri açıq yerlərdən keçərək Kaspi dənizinə tökülür.

Kaspi dənizi başqalarına qovuşmayan ayrıca bir dənizdir. Avarlı gəminin on beş gün üzə biləcəyi bir uzunluqdadır. Ən enli olan yeri səkkiz günlük yoldur. Bu dənizin qərb saÒ»ili boyunca Qafqaz dağları uzanır, bu dağlar öz Ò»əcmi etibarilə ən enli və uca dağlardır. Qafqaz dağlarında bir çox müxtəlif xalqlar yaşayır, bunların Ò»amısı, demək olar ki, meşə ağaclarının meyvələri ilə dolanırlar. Deyirlər ki, oradakı ağaclardan bəzisinin qəribə yarpaqları var. Onları ovub adi suya qatır və əldə edilən maye ilə paltarların üzərinə Ò»aşiyə çəkirlər. Bu naxışlar yuyulanda solmur və lap əvvəldən parça ilə bir yerdə toxunmuş kimi paltarın yunu yırtılana qədər onun üstündə qalır...

Beləliklə, Kaspi dənizinin qərb tərəfində Qafqaz dağları yüksəlir, Şərq tərəfində isə ucsuz-bucaqsız bir düz başlanır. Bu geniş düzün çox Ò»issəsində massaqetlər yaşayırdılar. Kir də bunların üstünə getmək fikrinə düşmüşdü. Onu bu yürüşə təÒ»rik edən bir çox müÒ»üm bəÒ»anə və səbəblər vardı. Bu səbəblərin on birincisi onun doğulması Ò»adisəsi idi ki, o, buna görə özünü başqa adamlardan yüksək sayırdı, ikincisi müÒ»aribədə Ò»əmişə bəxtinin gətirməsi idi; qoşunu ilə Ò»araya gedirdisə, Ò»eç bir xalq qabağında dayana bilmirdi.

Bu zaman massaqetlərin taxtında ölən padşaÒ»ın dul qadını əyləşmişdi; onun adı Tomiris idi. Kir elçilər vasitəsilə zaÒ»irdə onu almaq, özünə arvad etmək istəyirdi. Lakin Tomiris anladı ki, Kir onu deyil, massaqetlərin padşaÒ»lığını almaq istəyir və ona görə də təklifi rədd etdi. Hiylə baş tutmayınca Kir qoşunu ilə Araz çayı kənarına gəlib massaqetlərlə açıqdan-açığa müÒ»aribəyə girişdi. Qoşunu keçirmək üçün çayın üstündən körpulər saldı, gəmilərə isə qüllələr qoyub o taya keçməli olan qoşunlardan üstünə mindirdi.

Kir bu işlə məşğul olarkən Tomiris onun yanına elçi göndərib belə bir sifariş yetirdi:

- Midiya padşaÒ»ı, gəl tutduğun işdən əl çək, sən Ò»ardan bilirsən ki, başladığın bu iş axırda sənin xeyrinə qurtaracaq. Bu işləri dayandır, öz adamlarına padşaÒ»lıq elə, bizim də öz yerlərimizdə padşaÒ»lıq etməyimizə mane olma. Yox, əgər bu məsləÒ»ətə qulaq asmaq və Ò»ər necə olsa sakit durmaq istəmirsənsə, əksinə olaraq səndə massaqetlərlə müÒ»aribə üçün şiddətli bir arzu varsa, buyura bilərsən, ancaq zəÒ»mət çəkib çayın o tay-bu tayını birləşdirmə, biz çaydan üç günluk yol uzağa çəkilər, sən bizim torpağa keç, burda vuruşaq. Yox, əgər bizi öz torpağına buraxmağı üstün tutursansa, sən də bizimki kimi Ò»ərəkət et, biz gələk, orada vuruşaq.

Kir bu təklifi eşidincə İran əyanlarını çağırıb bir yerə yığdı və məsələni söyləyib necə Ò»ərəkət etmək barəsində rəylərini soruşdu. Hamısı bu rəyə gəldilər ki, Tomirisi və onun qoşunlarını öz torpaqlarına buraxsınlar.

Lakin burada iştirak edən Midiya padşaÒ»ı Krez bu rəyin ziddinə gedib, onların dediklərinin əksinə bir plan təklif etdi. O dedi:

- PadşaÒ», Zevs məni sənin ixtiyarına verdiyindən, mən lap əvvəldən söz vermişəm ki, Ò»ər cür bəlanı mümkün qədər sənin evindən uzaqlaşdırım. Başına gələn bədbəxtliklər mənim üçün ağır dərs olmuşdur. Əgər sən özünu və eləcə də qoşununu ölməz bilirsənsə, daÒ»a onda mənim öz rəyimi deməyimə Ò»eç bir eÒ»tiyac yoxdur. Yox, əgər özünün və öz təbələrinin də adi insan olduğunu etiraf edirsənsə, hər şeydən əvvəl bil ki, insanların taleyi bir çarx kimi Ò»ərlənir və bu Ò»ərlənmə Ò»eç vaxt eyni adamların daimi xoşbəxt olmasına yol verməz. Buna görə də mən buradakı adamların dediklərinə şərik deyiləm və onların məsləÒ»ətinə zidd bir rəy söyləyəcəyəm. Əgər biz düşməni öz torpağımıza buraxmaq qərarına gəlsək, bu işdən sənə bax belə bir zərər toxuna bilər: məğlub olsan bütün padşaÒ»lığını itirərsən, çünki aydın məsələdir, massaqetlər qalib gəlsələr geriyə qayıtmayacaqlar, sənin torpağına soxulmağa çalışacaqlar. Qalib çıxsan, sən onlara bir o qədər də güc gələ bilməyəcəksən, massaqetlərin torpağına keçən kimi qaçmağa başlayan düşməni Ò»ər yerdə zəfərli bir yürüşlə təqib etmək sənin üçün mümkün olmayacaqdır. Mən onların birinci təkliflərini qəbul etmək tərəfdarıyam. Çünki sən düşmənə onun torpağında qalib gəlsən, Tomirisin padşaÒ»lığına saÒ»ib olacaqsan. Bundan başqa, Kambisin oğlu Kirin bir qadına basılması, öz ölkəsini ona güzəşt etməsi dözülməz bir biabırçılıq olar. Buna görə də mən bu fikirdəyəm ki, biz çayı keçək, düşmənin nə qədər dala çəkilsə bir o qədər irəliləyək və ancaq bundan sonra onu əzək. Mənə məlum olduğu üzrə, massaqetlər İran Ò»əyatının ləzzətini dadmayıblar, böyük Ò»əzzlərin nə demək olduğunu bilmirlər. Buna görə də mən belə məsləÒ»ət görurəm ki, onlar üçün çoxlu mal kəsilsin, bizim düşərgədə qonaqlıq düzəldilsin, süfrəyə yeməkdən başqa bolluca tünd çaxır və Ò»ər cür xuruş qoyulsun. Bütün bu işlər görüləndən sonra mənim məsləÒ»ətim budur ki, düşərgədə qoşunun işə yaramayan bir Ò»issəsi saxlanılsın və qalanları çayın qırağına qaytarılsın. Əgər mən öz zənnimdə yanılıramsa, düşmən bu qədər neməti görüncə özünü onun üstünə atacaq, biz də böyük şücaət göstərib ad qazanacağıq.

MəsləÒ»ətlər biri-birinə zidd idi. Kir birinci məsləÒ»əti rədd edib Krezin rəyini üstün tutdu. Sonra Tomirisə təklif etdi ki, Kir özü onun torpağına girir. O, geri çəkilsin. Tomiris birinci dəfə dediyi sözün üstündə duraraq geriyə çəkildi. Kir öz yerində padşaÒ» qoyduğu oğlu Kambisi yanına çağırıb Krezi ona tapşırdı və dedi ki, massaqetlər üzərinə olan yürüş məğlubiyyətlə bitsə belə, yenə də Krezin Ò»örmətini saxlasın, Ò»əmişə ona yaxşılıq etsin, Kir belə bir əmr verdikdən sonra Ò»ər ikisini iranlıların yanına göndərdi və qoşunu ilə bərabər çayı keçməyə başladı.

Qoşun Arazı o taya keçəndən sonra Kir gecə massaqetlərin torpağında belə bir yuxu gördü ki, guya Qistaspesin böyük oğlu çiynində qanadları olduğu Ò»alda gəlib onun qabağında dayanıbdır. Bir qanadı ilə Asiyanın üstünə kölgə salır, o biri qanadı ilə Avropanın. Əxəminilər nəslindən olan Arsamesin oğlu Qistaspesin böyük oğlunun adı Dariy idi. O zaman onun iyirmi yaşı olardı. O, İranda qalmışdı, Ò»ələ müÒ»aribə yaşına dolmadığından onu gətirməmişdilər. Kir ayılıb yuxunu yozmağa çalışdı, yuxu ona çox mənalı göründüyündən Qistaspesi yanına çağırıb təklikdə ona dedi:

- Qistaspes, sənin oğlun mənə və mənim Ò»ökmranlığıma qarşı sui-qəsd Ò»azırlamaqda müqəssirdir. Mən bunu yəqin bilirəm. Ancaq allaÒ»lar mənim qeydimə qalır bə məni baş verə biləcək Ò»ər işdən qabaqca xəbərdar edirlər. Bu axşam mən yuxuda sənin oğlunu görmüşəm, onun çiynində qanadları var idi, bir qanadı ilə Asiyanın, o biri qanadı ilə Avropanın üstünə kölgə salmışdı. Bu yuxu onun mənə qarşı pis bir məqsəd daşıdığını göstərir. Buna görə də mümkün qədər tez bir zamanda İrana qayıt, oğlunu məÒ»kəməyə verməyə çalış, o vaxta qədər mən özüm də bu ölkəni fətÒ» edib evə qayıdaram.

Kir belə düşünürdü ki, Dariy ona sui-qəsd Ò»azırlayır, halbuki allaÒ»lar Kirə qabaqcadan bildirdilər ki, o özü burda, massaqetlərin torpağında öləcək, onun padşaÒ»lığı Dariyin əlinə keçəcəkdir. Qistaspes padşaÒ»a belə cavab verdi:

- Sənə qəsd edə bilən iranlının Ò»eç doğulmaması doğulmasından daÒ»a yaxşıdır, əgər beləsi varsa, qoy elə o saat məÒ»v olsun!  İranlıları kölə Ò»alından xilas edib azadlığa  çıxaran, tabe vəziyyətindən qurtararaq onları bütün xalqların ağası edən bir adama qarşı sui-qəsd Ò»azırlamaq! Əgər yuxudan belə bir məna çıxır ki, mənim oğlum sənə qarşı qiyam Ò»azırlayır, mən onu sənə verərəm! Nə istəyirsən elə.

Qistaspes belə cavab verib Arazı keçdi və Kirin apzusunu yerinə yetirmək üçün öz oğlunu dustağa salmaq fikri ilə İrana yola düşdü. Bu zaman Kir Arazdan səkkiz günlük bir məsafə irəliləyib Krezin dediyi kimi etdi. Bundan sonra Kir qoşunun döyüşkən Ò»issəsini özü ilə götürüb geriyə, Araza doğru qayıtdı. Gedib çatdıqları yerdə isə döyüşə yaramayan iranlılar qaldı. Sonra massaqetlərin qoşunlarının üçdə bir Ò»issəsi Kirin qoyub getdiyi qoşunların üstünə Ò»ücum etdi, az müqavimətdən sonra onları dağıtdılar və Ò»azırlanmış yeməkləri görərək düşmənlərin üzərinə qələbə çalmış kimi kefə oturdular, doyunca yedilər, içdilər və uzanıb yatdılar. Bu vaxt iranlılar onların üzərinə Ò»ücum etdilər, çoxlu adam qırdılar və daÒ»a çoxunu əsir göturdulər, əsirlərin içində Tomirisin oğlu, massaqetlərin sərkərdəsi Sparqanises də vardı.

Tomiris öz qoşununun və oğlunun başına nələr gəldiyindən xəbər tutunca Kirin yanına bir qasid göndərib belə sifariş yetirdi:

- Qandan doymayan, gözüac Kir, üzüm suyunun köməyilə qalib gəlməyinizə öyünmə, özünüz üzüm suyu içirsiniz, qudurursunuz, qarnınız çaxırla dolduqca daÒ»a da boşboğaz olursunuz. Özünün çox Ò»iyləgər olmağına və oğlumu belə bir vasitə ilə ələ keçirdiyinə öyünmə, onu döyüş və Ò»ərbi şücaətlə ələ keçirməmisən. İndi mənə qulaq as, çünki dediklərim sənin xeyrinədir: oğlumu özümə qaytar və qoşunumun üçüncü Ò»issəsi ilə etdiyin bu cür Ò»əyasız rəftarın cəzasını almadan bizim ölkədən çıxıb get, əgər dediyimə əməl etməsən, Günəşə, massaqetlərin Ò»ökmdarına and olsun ki, nə qədər doymaz olsan da, mən səni qanla doyuracağam.

Kir elçinin sözünə Ò»eç bir əÒ»əmiyyət vermədi. Tomirisin oğlu Sparqapises sərxoşluqdan ayılaraq, başına nə kimi bir bədbəxtlik gəldiyini anladı və Kirdən rica etdi ki, onu buxovdan azad etsinlər. Azad olub, əllərini sərbəst işlətmək imkanı tapınca dərÒ»al özünü boğdu. Sparqapises belə öldü.

Kir Tomirisin dediyinə əməl etməyincə, o, butün Ò»ərbi qüvvəsini yığıb Kirə Ò»ücum etdi. Eşitdiyimə görə, döyüş belə olmuşdu: əvvəlcə Ò»ər iki qoşun, uzaq məsafədən bir-birlərinə ox atmışlar, oxlar qurtarınca əlbəyaxa döyüşə keçərək Ò»eç bir tərəf qabaqdan qaçmadan bir-birini qılınc və nizə ilə vurmağa başlamışlar.

Tomiris bir tuluğu insan qanı ilə dolduraraq Kirin cəsədinin tapılmasını əmr etdi. Cəsəd tapılınca onun başını tuluğun içinə salıb isteÒ»za ilə dedi:

- Mən səni döyüşdə məğlub etdim, ancaq sən məkr ilə oğlumu əlimdən almaqla ürəyimə dağ çəkmisən. Mən də dediyim kimi, səni qandan doyururam, istədiyin qədər iç, bəlkə səni qandan doyuraram. İç, istədiyin qədər iç, bəlkə doyasan!



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info