Qonaq Kitabı
ASTİAQ

...Midiyalılar arasında Deioka adlı bir ağıllı adam var idi. O, Frarotun oğlu idi. O, Ò»ökumət başına keçmək üçün çox bərk əlləşirdi. Məqsədinə çatmaq üçün belə bir tədbir gördü; o vaxt midiyalılar ayrı-ayrı kəndlərdə yaşayırdılar. Denokanın lap əvvəldən öz doğma kəndində böyük hörməti var idi, bütün Midiyada Ò»eç bir qayda-qanun olmadığı Ò»alda, indi o öz kəndində daÒ»a da artıq ədalət göstərirdi. Denoka ədalətsizlərin həmişə ədalətli adamlara düşmən olduğunu da yaxşı bilirdi. Deiokanın yaşadığı kəndin əÒ»alisi onun xoş xasiyyətlərini nəzərdə tutaraq Deikoanı özlərinə Ò»akim seçirlər. Deioka kənddə Ò»ökumət başına keçincə vicdan və ədalətlə Ò»ökm etməyə başladı. Beləliklə, Deioka öz yerlilərinin tərifini qazandı. Qalan kəndlərin əÒ»alisi də onu yeganə ədalətli Ò»akim kimi tanımağa başladılar. Hakimlərdən ədalətsiz Ò»ökmlər alan adamlar Deiokanın ədalətindən xəbər tutunca çox Ò»əvəslə onun yanına gəlir və işlərinə baxmlğı oidan rica edirdilər. Beləliklə, adamlar Ò»akimlərin içərisində bircə onu tanımağa başladılar.

Deiokanın ədalətlə Ò»ökm etməsi xəbəri Ò»ər tərəfə yayıldığından ona müraciət edənlərin sayı gündən-günə artdı. Deioka adamların ondan əl çəkmədiyini görüncə daÒ»a əvvəlki kimi camaatın gözu qabağında oturub məÒ»kəmə qurmağı boynundan atdı və bir az sonra Ò»akimlikdən tamamilə əl çəkdi. Deyirdi ki, bu işdən zərər çıxarır, bütün günü öz işini buraxıb qonşularının işinə baxır. Bu vaxt kəndlərdə soyğunçuluq və qanunsuzluq əvvəlkindən daÒ»a da artdı. Buna görə də midiyalılar bir yerə yığışıb vəziyyəti müzakirə etdilər. Mənə belə gəlir ki Deiokanın dostları öz aralarında belə danışmış olmalı idilər:

- İndiki vəziyyət davam etsə, biz öz ölkəmizdə çox yaşaya bilməyəcəyik. Gəlin özümüzə padşaÒ» tikək. Ölkədə qanun bərpa olunandan sonra biz işlərimizi düzəltməyə başlarıq, qanunsuzluq bizi sıxışdırıb vətənimizdən çıxara bilməz.

Onlar təxminən bu cür sözlər danışıb, bir-birlərini padşaÒ»a tabe olmağa qane etdilər.

Bu məsələdən sonra kimi padşaÒ» tikmək məsələsini müzakirəyə başlayınca Ò»amı Deiokanın padşaÒ» olmasını təklif etdi. Bu təklifin üzərində təkid edib onu çox təriflədilər və axırda özlərinə padşaÒ» seçdilər. Bu vaxt Deioka özünə padşaÒ»a layiq bir ev tikilməsini və öz Ò»ökmranlığını müÒ»afizə üçün  nizə ilə silaÒ»lanmış keşikçilərin  ayrılmasını əmr etdi. Midiyalılar onun bu əmrlərini yerinə yetirdilər: onlar Deioka üçün onun özünün göstərdiyi yerdə böyük blr saray tikdilər və ona bütün midiyalılar arasında keşikçilər seçməyi təklif etdilər. Deioka padşaÒ»lığı əlinə götürəndən sonra midiyalıları bir şəÒ»ər tikdirməyə, başqa yerlərə fikir vermədən bütün diqqətlərini bu şəÒ»ərə verməyə məcbur etdi. Midiyalıları bu işə məcbur etdikdən sonra, onlara indi Aqbatan adı ilə tanınan möÒ»kəm Ò»asarı çəkməyi əmr etdi. Bu Ò»asar Ò»alqa şəklində bir-birinin içərisində yerləşmiş bir çox divarlardan ibarət idi. Bu divarlar elə tikilmişdir ki, kənardan baxarkən bir-birinin dalından onların ancaq yuxarı Ò»issələri - dişləri görünürdü. Divarların bu quruluşu bir tərəfdən şəÒ»ər ətrafının təpəlik olması, ikinci tərəfdən də ustaların böyük sənətkarlıq işlətməsi nəticəsində əldə edilmişdir. Divarları yeddi Ò»alqa yaratmışdılar, padşaÒ»ın sarayı və xəzinələr yeddinci Ò»alqanın içərisində yerləşmişdi...

...Tikinti işləri qurtarandan sonra Deioka belə bir qayda qoydu: Ò»eç kəs padşaÒ»ın yanına gəlməsin, Ò»ər məsələ ancaq qasidlər vasitəsilə padşaÒ»a yetirilsin, padşaÒ» Ò»eç kəsin gözünə görünməsin, padşaÒ»ın Ò»üzurunda gülmək və yerə tüpürmək kimi qəbiÒ» işlərə yol verilməsin. Deioka bu tədbirlə özünü ona görə yüksəltdi ki, onunla bir yerdə böyüyən, nəsillərinə və şəxsi ləyaqətinə görə ondan Ò»eç də əskik olmayan yaşıdları onu görəndə sıxılmasınlar və ona qarşı üsyan qaldırmasınlar. Deioka belə düşünürdü ki, bu adamlar onu görməsələr, onun özlərindən ayrı bir məxluq olduğunu düşünəcək   və ona Ò»örmət edəcəklər.

...Deioka Midiya xalqını birləşdirib onlara padşaÒ»lıq edirdi. Midiyalılar altı qəbilədən ibarətdi: buslar, paretakenlər, struxotlar, arizantlar, budilər, maqlar. Midiya xalqı bu qədər qəbilədən əmələ gəlmişdi.

Deiokanın Fraorta adlı bir oğlu var idi. Deioka əlli üç il padşaÒ»lıq etdikdən sonra taxt və tac Fraortaya çatdı. Fraorta taxta əyləşincə təkcə midiyalıların padşaÒ»ı olmaqla kifayətlənməyib, iranlıların da üstünə Ò»ücum etdi. Fraorta birinci növbədə iranlılara Ò»ücum edib, onları özünə tabe etdi. Fraorta bu iki güclü xalqı öz Ò»akimiyyəti altına aldıqdan sonra Midiyanın başqa xalqlarını bir-birinin ardınca özünə tabe etməyə başladı və nəÒ»ayət, qoşun çəkib asorilərin üzərinə yeridi. Bunlar Ò»əmin asorilər idi ki, Nində yaşayırdılar və qabaqlarda Ò»amıya ağalıq edirdilər. Asorilərin bütun müttəfiqləri onlardan ayrılmış olsalar da, yenə onların vəziyyəti pis deyildi. Fraorta asorilərlə etdiyi bu müÒ»aribədə məÒ»v oldu. Cəmisi 22 il padşaÒ»lıq etdi. Onun özu ilə bərabər qoşununun da çox Ò»issəsi məÒ»v oldu.

Fraorta öləndən sonra padşaÒ»lıq Deiokanın nəvəsi Kiaksoraya çatdı. Deyildiyinə görə, o öz atasından və babasından daÒ»a döyüşkən bir adam idi. O, birinci dəfə olaraq Asiyada ona tabe olan xalqları silaÒ»larına görə xüsusi Ò»ərbi dəstələrə böldü: nizəçilər, oxatanlar və süvarilər; ondan əvvəl bunlar Ò»amısı bir-birinə qarışmışdı. O, midiyalılar ilə də vuruşdu, bu döyüş zamanı gündüz birdən dönüb gecə oldu. O, eyni zamanda yuxarı Asiyanın Qalis çayının o tərəfindəki qisminin xalqlarını yığıb Nin üzərinə yeridi. Atasının intiqamını almaq və bu şəÒ»əri tutmaq istəyirdi. Kiaksara asorilərə qalib gəlib şəÒ»əri müÒ»asirə edərkən birdən oraya böyük skif qoşunu gəlib çıxdı. Bu qoşuna Protofinin oğlu padşaÒ» Madi başçılıq edirdi. Skiflər Avropadan qovduqları kimmeryanların dalınca Asiyaya soxulmuşdular. Onlar qaçmaqda olan kimmeryanları qova-qova Midiya torpağına da daxil oldular.

Meotid gölü, Fasid çayı ilə Kolxidiya arasında sağlam bir piyadanın otuz gündə gedə biləcəyi yol qədər bir məsafə var idi. Kolxidiya ilə Midiya arasındakı məsafə bir o qədər də böyük deyildi. Bu iki ölkə arasında ancaq sapseyri xalqı yaşayırdı. Onların ölkəsindən ötüncə bir baş Midiyaya daxil olursan. Ancağ skiflər Midiyaya bu yolla gəlməmişdilər. Düz yoldan kənara çıxıb yuxarıdan, Qafqaz dağlarını sağ tərəfdə buraxmaqla, daÒ»a çox uzun olan bir yolla gəlmişdilər. Burda midiyalılar skiflərlə müÒ»aribəyə girişmişdilərsə də, məğlub olmuşdular, bununla da onların Asiya üzərindəki Ò»ökmranlığı itmiş və Asiya skiflərin əlinə keçmişdi.

Skiflər Asiyada 28 il Ò»ökmranlıq etdilər. Öz soyğunçuluqları və qudurğanlıqları ilə bütün Asiyanı talayıb dağıtdılar. Hər xalqdan özlərinə təyin etdikləri xəracı almaqdan başqa özgə xalqların üzərinə basqın edib var-yoxlarının Ò»amısını soyurdular. Kioksara və midiyalılar bir dəfə onları qonaqlığa çağırıb içirir və Ò»amısını qırırlar. Midiyalılar beləliklə padşaÒ»lığı onların əlindən qurtarır və qabaqkı ölkələrin Ò»amısını ələ keçirirlər. Bundan başqa, onlar Nin şəÒ»ərini alıb asoriləri özlərinə tabe edirlər. Bircə Babil vilayəti onların ixtiyarına keçməmişdi.

Kiaksara skiflərin Ò»ökmranlıq etdiyi vaxt da daxil olmaqla 40 il padşaÒ»lıq etdi. O öldükdən sonra Kiaksaranın oğlu Astiaq padşaÒ» oldu. Astiaqın bir qızı oldu. Astiaq bu qızın adını Mandana qoydu. Bir dəfə Astiaq belə bir yuxu gördü ki, qızı çoxluca sidik buraxıbdır, bu sidik baş şəÒ»əri tamamilə doldurub və bir sel kimi bütün Asiyanı basıb. Astiaq öz yuxusunu yuxu yozan kaÒ»inlərə nəql etdi, onlar yuxunun mənasını ətraflı danışarkən Astiaqın canını qorxu aldı. Mandananın ərə getmək vaxtı çatdıqda Astiaq gördüyü yuxudan qorxaraq, onu özunə bərabər bir adama ərə vermək istəmədi. O, qızı Kambis adlı bir iranlıya verdi. Bu iranlı məşÒ»ur ailədən olaraq çox yumşaq xasiyyətli bir adam idi. Astiaq bu adamın nüfuzunu Ò»ər Ò»ansı bir midiyalının nüfuzunun yarısından da aşağı Ò»esab edirdi.

Mandananın Kambisə ərə getdiyinin birinci ili Astiaq ikinci bir yuxu gördü. Bu yuxunun məzmunu belə idi ki, guya qızının uşaqlığının ağzından bir üzüm kolu (meynə) bitib bütun Asiyanı bürumüşdür. O, bu yuxusunu da yuxu yozanlara nağıl etdikdən sonra, qızın doğmasına bir az qalmış onu İrandan götürüb qapısı bağlı bir yerə saldı. Yuxu yozanların dedıklərinə görə, qızından doğulan uşaq onun yerində padşaÒ»lıq edəcəkdi, buna görə də Astiaq uşağı doğulan kimi məhv etmək qərarına gəlmişdi. Keyxosrov doğularkən Astiaq qorxaraq öz qoÒ»umu, inanılmış və bel bağlamalı bir adam olan Qarpağı yanına çağırıb dedi:

- Qarpaq, sənə bir iş tapşıracağam, bu iş əÒ»əmiyyətsiz sayma, mənim yaxamı başqalarının əlinə vermə, gələcəkdə öz bədbaxtlığına da səbəb olma. Mandananın doğduğu uşağı apar evinizə, öldür, Ò»arda istəyirsənsə orada basdır.

- Mənim padşaÒ»ım, sən indiyə qədər Ò»eç vaxt mənim işlərimdən narazı qalmamısan. Mən bundan sonra da sənin qarşında qüsursuz olmağa çalışacağam. Sənin iradən belə buyurursa, yerinə yetirmək borcumdur.

Qarpaq padşaÒ»a belə çavab vermişdi. Əyninə ölüm paltarı geyindirilmiş uşağı ona verdilər. O isə uşağı ağlaya-ağlaya evlərinə apardı. Qarpaq arvadının yanına gəlib Astiaqla olan söÒ»bəti ona nağıl etdi. Arvad soruşdu:

- İndi sən nə edəcəksən?

Qarpaq:

- Astiaqın əmrini yerinə yetirməyəcəyəm, - deyə cavab verdi.  Qoy qəzəbindən çatlasın, indikindən də artıq od tutub yansın. Mən onun dediyi kimi edə bilmərəm, bu cür bir pis işi öz boynuma götürmərəm. Uşağı bir neçə səbəbə görə öldurə bilmərəm: birincisi ona görə ki, uşaq mənə qoÒ»umdur, ikincisi ona görə ki, Astiaq qocalıb, oğlu da yoxdur. İndi o, bu oğlanı mənim əlimlə öldürtdürür, ozü öləndə isə padşaÒ»lıq qızına çatmalıdır. Məyər bu mənim üçün böyük bir bədbaxtlıq olmazmı. Əyər uşağı, məni təÒ»lükədən qurtarmaq üçün öldürürsə, qoy qatil Astiaqın adamlarından biri olsun, nəinki mənim adamlarımdan.

Qarpaq dərÒ»al padşaÒ»ın çobanlarından birinin dalınca bir adan göndərdi. Bu çobanın sürüsü dağda otlayırdı. Bu dağın Ò»ər tərəfi vəhşi Ò»eyvanlarla dolu idi ki, bu vəziyyət də Qarpağın planına uyğun gəlirdi. Çobanın adı Mitradat idi. Bu çoban Astiaqın kənizlərindən biri ilə evlənmişdi. Kənizin adı ellin dilində Kino, midiya dilində isə Spako idi. Spako midyaca it deməkdir. Çoban öz sürüsünü Aqbatanın şimal tərəfindəki dağın döşündə, Pont Evksinski tərəfdə otarırdı. Midiyanın saspeirlərin ölkəsinə tərəf olan qismi çox yüksək idi. Hər tərəfi dağlar və meşələr bürümüşdü. Midiyanın qalan Ò»issəsi isə düz yerlərdən ibarətldi. Çoban çağrılan kimi gəllb çıxdı. Qarpaq çobana dedi:

- Astiaq əmr etmişdir ki, sən bu uşağı aparıb ən sərt dağların birinə atasan. Uşaq mümkün qədər tez məÒ»v olmalıdır. O, bu tapşırığı verərkən belə də demişdir: uşağı məÒ»v etməsən, hər Ò»ansı bir vasitə ilə onu diri saxlasan, sənə çox ağır bir cəza verəcəkdir. Mən padşaÒ»ın əmrinə görə uşağın dağa atılmasını öz gözümlə görməliyəm.

Çoban bu sözləri eşidərək uşağı götürüb ez yerinə qayıtdı və komasına girdi. Bu vaxt onun arvadı bütün gün doğmaq üçün sancı çəkirdi. Çoban şəÒ»ərə gedəndən sonra AllaÒ»ın izni ilə arvad doğmuşdu. Ərlə-arvad bir-birlndən nigaran idilər; çoban arvadnın doğmasının dərdini çəkirdi, arvad isə kişinin Qarpaq tərəfindən gözlənilməz Ò»alda çağrılmasından qorxurdu. Çoban qayıdıb arvadının yatağının yanına gəlincə, onun arvadı ərinin gözlənilməz Ò»alda tez qayıtmasına təəccüb edərək, Qarpağın bu cür tələsik çağırılmasının səbəbini soruşdu. Çoban isə arvadının sualına belə cavab verdi.

- ŞəÒ»ərə çatarkən mən görülməli və eşidilməli olmayan bir şey gördüm, öz ağalarım üçün Ò»eç vaxt belə bir şey arzulamazdım. Mən qorxa-qorxa  Qarpağın evinə girərkən evdəkilərin Ò»amısı ağlayırdı. İçəri girib gördüm ki, yerdə üstü açıq bir körpə vardır. Körpə çabalayır aə bərk ağlayırdı. Əyninə qızıldan və üstü naxışlanmış paltarlar  geydirilmişdi. Qarpaq məni görüncə dərÒ»al uşağı götürməyimi və aparıb sərt dağlara atmağımı əmr etdi, əlavə dedi ki, bu, Astiaqın əmridir, əgər mən bu əmri yerinə yetirməsəm, padşaÒ»dan ağır cəza alacağam. Mən uşağı götürüb çıxdım. Bu uşağın

Astiaqın qulluqçularından birinin olduğunu güman edirdim; mən onun ata-anasının kim olduğunu Ò»aradan biləydim! Ancaq uşağın əynindəki gözəl qızıl paltarlar və Qarpağın evindəki ağlaşma məni çox təəccübləndirmişdi. Yola çıxan kimi mən bir qulluqçudan işin Ò»əqiqətini öyrənə bildim. Bu, Astiaqın qızı Mamdananın və Kirin oğlu Kambisin uşağı imiş, Astiaqın əmri ilə öldürülməli idi. Bax, uşaq budur, gətirmşiəm, - çoban bu sözləri deyərək uşağı açıb arvadına göstərdi.

Arvad kişinin gözəl və sağlam bir uşaq gətirdiyini görüncə gözünün yaşını axıdaraq onun dizlərini qucaqladı, yalvarıb uşağı atmamasını xaÒ»iş etdi. Kişi isə cavab verdi ki, başqa cür Ò»ərəkət edə bilməz. Çünki Qarpağın adamları gəlib uşağın atılmasına baxacaqlar. Əri bu əmri yerinə yetirməsə, o özü ağır cəza ilə öldürüləcəkdir. Arvad kişisini razı edə bilmədikdə dedi:

- Sən uşağı atmamağa razı olmursan. Əgər mütləq uşağın atılmasını göstərmək lazım isə, gəl belə bir iş elə: mən doğmuşam, ancaq uşağım ölü doğulub. Bu uşağı götür dağdan at. Astiaqın qızının uşağını isə doğma balamız kimi saxlayıb böyüdərik. Beləliklə, əmrə itaət etməmək üstündə səni cəzalandırmazlar. Biz də yaxşı bir iş görmüş olarıq. Ölü uşaq padşaÒ»ın tabutunda dəfn olunar, diri uşaq da ölməz.

Çoban arvadının məsləÒ»ətini çox bəyəndi və onun dediyi kimi Ò»ərəkət etdi. Öldürmək üçün gətirdiyi uşağı arvadına verdi, ölü doğulmuş uşağı isə padşaÒ»ın oğlunu gətirdiyi zənbilə qoydu, padşaÒ»ın oğlunun paltarını onun əyninə geydirdi və aparıb sərt dağların birinə atdı. Uşaq dağa atılandan üç gün sonra çoban öz köməkçilərindən birini uşağın yanında gözətçi qoyub şəÒ»ərə gəldi. Qarpağın evinə gəlib cənazəsini göstərməyə Ò»azır olduğunu bildirdi. Qarpaq ən inanılmış əsgərlərdən birini dağa göndərib çobanın dediklərinin doğru olduğuna inandı. Çobanın oğlunu Keyxosrov adı ilə deyil, başqa bir ad ilə dəfn etdi.

Keyxosroz on yaşına çatanda bir Ò»adisə onun Ò»ansı nəsildən olması məsələsinin üstünü açdı. Bir dəfə sürülərin otladığı kənddə Keyxosrov küçədə öz yaşıdları ilə oynayırdı. Uşaqlar özlərinə bir nəfər şaÒ» seçmək istədilər. Onlar çoban oğlu adı ilə çağırdıqları Keyxosrovu özlərinə şaÒ» seçdilər. O, oynayan uşaqları dəstələrə bölərək Ò»ər dəstəyə bir iş tapşırdı. Bir dəstəni silaÒ»lı qoşun vəzifəsinə təyin etdi, bir dəstəyə saray tikmək əmri verdi. Bir nəfərə işlərə göz yetirmək və bir nəfərə də padşaÒ»a məlumat yığıb gətirmək vəzifəsini tapşırdı. Oynayan uşaqlardan biri məşÒ»ur midiyalı Artembaresin oğlu Keyxosrovun əmrini yerinə yetirmədi. Keyxosrov qalan uşaqlara onu tutmağı əmr etdi. Uşaqlar ona itaət etdilər. Keyxosrov o oğlanı qamçı ilə döydü. Uşaq özünü təÒ»qir olunmuş Ò»esab edərək buraxılarkən çox bərk incidiyini bildirdi və şəÒ»ərə gəlib göz yaşları ilə Keyxosrovun onu döydüyünü atasına nağıl etdi. O, Keyxosrovun adını çəkmədi - çünki onu Ò»ələ bu adla tanıyan yox idi - uşağa Astiaqın çobanının oğlunun adını verdi. Qəzəblənmnş Artembares dərÒ»al oğlu ilə bir yerdə Astiaqın yanına getdi və oğlunun başına gələni nağıl etdi. «PadşaÒ», sənin qulun çobanın oğlu bizi belə təÒ»qir edir», - dedi və sonra uşağın kürəklərini açıb göstərdi.

Astiaq bu sözləri eşidib və oğlanı gördükdən sonra Artembaresi təÒ»qir etdiyi üçün Keyxosrova cəza vermək istədi vo çobanla oğlunun dalınca adam göndərdi. Onlar gəlincə Astiaq Keyxosrova baxıb dedi:

- Sən çoban oğlu ola-ola necə cəsarət edib məndən sonra birinci adamın oğlunu təÒ»qir edirsən?

Keyxosrov cavab verdi:

- Mən bu işdə çox düzgün Ò»ərəkət etmişəm. Çünki o kəndin uşaqları oyun oynamaq istədilər və məni özlərniə padşaÒ» seçdilər. Mən onların içərisində bu vəzifəyə daÒ»a layiq idim. Qalan uşaqlar mənim əmrimi yerinə yetirdiyi Ò»alda o, mənim dediklərimi qulaq ardına vurub, sözlərimə Ò»eç bir əÒ»əmiyyət vermirdi. Buna görə də öz cəzasını almışdır. Əgər bunun üçün mənə bir cəza vermək lazım isə, buyurun, mən qabağınızda dayanmışam.

Uşaq danışarkən Astiaq onu tanıdı. Keyxosrovun üzünün cizgiləri Astiaqın uzünün cizgilərinə oxşayırdı, uşağın cavabı çox sərbəst idi. Uşağın atıldığı müddətlə çobanın oğlunun yaşı bir-birinə uyğun gəlirdi. Astiaq özünü itirərək bir qədər susdu. Özünə gəlincə çobanla təklikdə danışmaq üçun Artembaresi yanından uzaqlaşdırmaq istədi:

- Artembares, - dedi, - mən elə Ò»ərəkət edərəm ki, nə sən, nə də sənin oğlun məndən narazı qalmazsınız.

Astiaq bu sözləri deyib Artembaresi Ò»üzurundan azad etdi və öz qulluqçusuna Keyxosrovu içəriyə aparmağı əmr etdi. Çoban tək qalınca bu uşağın Ò»aradan onun əlinə gəldiyini və kimin tərəfindən ona verildiyini soruşdu. Çoban dedi ki, bu onun öz oğludur və bunu doğan arvad indi də onunla yaşayır. Astiaq çobana xatırlatdı ki, yalan deməklə ağıllı iş görmür və padşaÒ»ı naÒ»aq yerə ona cəza verməyə məcbur edir. PadşaÒ» bu sözləri deyib gözətçilərinə çobanı tutmağı əmr etdi. Çoban cəzalanacağından xəbər tutunca bütün əÒ»avalatı olduğu kimi danışdı, padşaÒ»a yalvarıb bağışlanmasını xaÒ»iş

etdi.

Astiaq çobanın əÒ»valatı düz-doğru danışmasını nəzərə alaraq onu azad etdi. Qarpağa isə çox bərk acığı tutdu, öz nizəli əsgərlərindən birini onun dalınca göndərdi. Qarpaq gəlincə Astiaq ondan soruşdu:

- Mənim sənə tapşırdığım uşaqı de görək Ò»ansı vasitə ilə öldürmüsən?

Qarpaq çobanın yanında yalan deməyə cürət etmədi, yalanının üstünün açılmasından qorxaraq dedi:

- PadşaÒ», mən uşağı səndən alınca bu əmri yerinə yetirmək barəsində düşünürdüm. Mən sənin yanında günaÒ»kar olmamağa çalışırdım, eyni zamanda uşağı öldürməklə sənin qızının və özünün yanında bir qatil kimi müqəssir olmağı da istəmirdim. Buna görə də belə Ò»ərəkət etdim: bu çobanı yanıma çağırıb uşağı ona verdim və dedim ki, padşaÒ»ın əmrilə bunu öldürməlisən, mən bu işdə Ò»eç bir yalan danışmamışdım, ancaq sənin əmrini çobana yetirmişdim. Uşağı ona verərək əmr etmişdim ki, uşağı aparıb sərt dağların birinə atsın və ölüncəyə qədər yanında qaravul çəksin. Bu əmri yerinə yetirməsə ağır çəzalar alaçağını da ona söyləyib qorxutmuşdum. Əmr yerinə yetirilib uşaq ölüncə mən də inanılmış əsgərlərimdən birini oraya göndərdim və uşağın ölümünə inandıqdan sonra dəfn olunmasını əmr etdim. Mən bu işi belə yerinə yetirmişəm və bu uşaq da belə bir ölümlə ölmüşdür.

Qarpaq əÒ»valatı olduğu kimi düz danışmışdı. Astiaq ona qarşı coşan hiddətini gizlədərək ən əvvəl çobandan eşitdiyi əÒ»valatı olduğu kimi ona nağıl etdi. Eşitdiklərini təkrar etdikdən sonra dedi:

- Qoy oğlan mənim yanımda qalsın. Man işin belə olmasına sevinirəm, vicdan əzabı məni çox incidirdi. - Sonra əlavə etdi: - uşaqla o cür rəftarım və qızımdan görduyüm məzəmmətlər məni az incitməmişdi. İndi isə uşağın taleyi yaxşılığa doğru döndüyundən öz oğlunu mənim yenicə gəlmiş nəvəmin yanına göndər və özün də mənə qonaq gəl: nəvəmin ölümdən xilas olmasını mən qurban kəsməklə bayram etməliyəm. AllaÒ»ın şükrünü yerinə yetirməliyik.

Qarpaq bu sözləri eşidincə padşaÒ»ın qabağında diz çökdü, əmri yerinə yetirməməsinin belə bir gözəl nəticə ilə bitməsinə və bu cür xoşbəxt bir Ò»adisəyə görə qonaq çağrılmasına sevinib evinə qayıtdı. Evə çatınca dərÒ»al oğlunu Astlaqın Ò»üzuruna göndərdi və tapşırdı ki, padşaÒ» nə cür əmr etsə yerinə yetirsin. Qarpağın bircə oğlu var idi, bu il uşağın on uç yaşı tamam olurdu. Qarpaq özü isə evdə qalıb bütün əÒ»valatı sevinclə arvadına danışdı. Qarpağın oğlu saraya gəlincə, Astiaq uşağın başının kəsilməsini və bədəninin doğranmasını əmr etdi. Əmrə görə uşağın ətinin bir Ò»issəsi qaynadılmalı, bir Ò»issəsi qızardılmalı, ədviyyə vurulub Ò»azır saxlanılmalı idi. Qonaqlıq vaxtı Qarpaq və çağrılmış başqa adamlar gəlib çıxdılar, Astiaqın və başqa adamların qabağında qoyun əti ilə dolu süfrə açıldı, Qarpağın qabağına isə oğlunun ətini qoydular. Yalnız uşağın başı, əl və ayaq barmaqları buraya gətirilməmişdi, onlar xüsusi bir zənbildə müÒ»afizə olunurdu. Qarpağın doyduğu anlaşılınca Astiaq ondan soruşdu ki, xörəkdən xoşu gəldimi, Qarpaq xörəkdən çox razı qaldığını söylədi. Bu vaxt qabaqcadan tapşırıq almış qulluğçular içərisində Qarpağın oğlunun başı, əlləri və ayaqları olan zənbili onun yanına gətirdilər, qabağına tutub açmasını və oradan kefi istədiyi şeyi göturməsini təklif etdilər. Qarpaq təklifi qəbul edərək zənbili açdı, balasının bədəninin qalıqlarını gördü, lakin özünü ələ alaraq Ò»eç bir dəhşət əlaməti zaÒ»irə çıxarmadı. Astiaq ondan Ò»ansı ovun ətini yediyini anlamışmı deyə soruşduqda Qarpaq anladığını bildirdi və əlavə etdi ki, padşaÒ»ım tutduğu Ò»ər bir iş xoşdur. Sonra o oğlunun vücudundan qalan əti götürüb öz evlərinə getdi. Mənə elə gəlir ki, o, bu ətləri bir yerə yığıb basdırmaq məqsədilə öz evlərinə aparmışdı.

Astiaq Qarpağa belə bir cəza verdi. Keyxosrovun gəlib çıxması münasibətilə, onun yuxusunu vaxtilə yozmuş olan kaÒ»inləri yanına çağırdı. KaÒ»inlərdən Ò»əmən yuxunu necə yozduqlarını soruşarkən onlar qabaqkı sözlərini təsdiq edib dedilər ki, onun nəvəsinin taleyində padşaÒ»lıq vardır. Əgər ölməyib yaşayarsa, padşaÒ» olacaqdır. Bu vaxt Astiaq onlara dedi:

- Həmin oğlan doğulub və diridni. Kənddə böyüyüb və Ò»əmin kənddə olan uşaqlar onu özlərinə padşaÒ» seçiblər. O, Ò»əqiqi bir padşaÒ» kimi Ò»ərəkət edərək butun işləri öz qaydasında aparmışdır: özünü müÒ»afizə üçün gözətçilər, qapıçılar, xəbərçilər və sair təyin etmişdir. Sizin fikrinizcə, bunlar Ò»amısı nəyi göstərir?

KaÒ»inlər cavab verdilər:

- Uşaq sağdırsa və Ò»eç bir məqsəd daşımadan padşah olmuşsa xatircəm ol, kefini kök elə; o, ikinci dəfə bir də padşaÒ»lıq etməyəcəkdir.

Astiaq onların dediklərini təsdiq edərək:

- Mən özüm də bu fikirdəyəm, - dedi. - Oğlan artıq padşaÒ» olmuşdursa, demək ki, yuxu doğru çıxıb, bu uşaq artıq mənim üçün təÒ»lükəli deyil. Ancaq məsələni yaxşıca fikirləşin, mənim sarayım və sizin özünüz az təÒ»lükəli olan bir tədbir tökün.

KaÒ»inlər cavab verdilər:

- PadşaÒ», sənin Ò»ökmranlığının möÒ»kəm olması bizim də xeyrimizədir. Çünki padşaÒ»lıq iranlılar nəslindən olan by oğlanın əlinə keçsə, biz midiyalılar kölə Ò»alına düşərik, iranlılara yad adamlar kimi onların tərəfindən təqib olunarıq. Əksinə olaraq sən özümüzküsən, öz qoÒ»umumuzsan, sən padşahlıq etdikcə bizə də Ò»ökmranlıqdan   bir pay çatır, sənə görə bizə də böyuk Ò»örmət edirlər. Beləliklə, biz sənin padşaÒ»lığının qeydinə qalmalıyıq. İndi bir təÒ»lükə görmüş olsaq, əlbəttə, səni xəbərdar edərik. Yuxun Ò»eç bir pis nəticə ilə bitməmişdir, buna görə də bizim ürəyimiz arxayındır və sənə də xatircam olmağı məsləÒ»ət görürük. Oğlanı İrana, öz ata-anasının yanına göndər.

Astiaq bu sözləri sevinclə dinləyərək Keyxosrovu yanına çağırıb dedi:

- Mənim balam, boş bir yuxuya görə mən səni incitdim, lakin tale səni xilas etdi. İndi get iranlıların yanına, mən sənə bələdçilər də qoşaram. Ora çatınca ata və ananı axtar,

aÒ»caq Mitradat və arvadı kimi ata-ananı yox, əsl ata-ananı axtar.

Keyxosrov Kambisin evinə gəlib çatınca ata-anası onu qəbul etdilər, sonra isə kim olduğunu və Ò»aradan gəldiyini bilincə çox sevinib onu nəvazişlə oxşadılar. Onlar əvvəlcə oğlanın doğulan kimi ölduyunə inanmışdılar. Oğlandan necə xi1as olduğunu da soruşdular. Oğlan onlara bütün başına gələnləri nağıl etdi və dedi ki, əvvəlcə o özu də bunları bilmirmiş, Ò»ər şeydən tamamilə xəbərsizmiş və belə bir acı macəra keçirdiyini yolda öyrənmişdir. Əvvəlcə Astiaqın çobanının onun atası olduğunu güman edirmiş, yolda isə bələdçilərdən Ò»əqiqəti öyrənmişdir. Oğlan çobanın arvadının onu necə saxlayıb böyütdüyünü nağıl etdi. Danışarkən Kinonun adı oğlanın dilindən   düşməyirdi. Oğlanın ata-anası isə Keyxosrovun xilas olmasına bir möcüzə şəkli  vermək üçün bu addan daÒ»a çox istifadə edir və belə xəbər yayırdılar ki, guya saÒ»ibsiz atılan uşağı it əmizdirib böyütmüşdür. Keyxosrov Ò»aqqındakı nağıl buradan əmələ gəlmişdir.

Qarpaq Astiaqdan intiqam almaq üçün Ò»ədiyyə vermək yolu ilə Keyxosrovu özünə tərəf çəkməyə çalışırdı, Keyxosrov bu vaxt böyüyüb kişi olmuşdu, öz yaşıdları arasında ağıllı və sevimli olması ilə seçilirdi. Qarpaq bilirdi ki, o özu padşaÒ» nəslindən olmadığı üçün Astiaqa qalib gələ bilməyəcək. Buna görə də o, gənc Keyxosrov ilə   əlbir olmaq istəyirdi. Qarpaq Keyxosrovun da onun özü qədər Astiaqdan çox zülmlər gördüyünə inanırdı. O, daÒ»a əvvəlcə belə bir iş gördü. Astiaq midiyalılar ilə çox amansız rəftar etdiyindən Qarpaq Midiya əyanları ilə ayrı-ayrı danışıb, Astiaqı taxtdan salmaq və Keyxosrovu padşaÒ» etmək lazım  gəldiyinə onları inandırmışdı. Qarpaq buna müvəffəq olandan sonra lazımi Ò»azırlıq görüb öz fikrini İranda yaşayan Keyxosrova bildirmək qərarına gəldi. Yollar keşikçilər tərəfindən qorunduğundan Qarpaq belə Ò»iylə işlətdi: o, bu iş üçün bir dovşan tapdırdı. Dovşanın qarnını elə yardırdı ki, tükləri yerindən qopmadı. Öz planını bir məktuba yazıb dovşanın qarnına qoydu və tikdi. Dovşanı torla bərabər öz sadiq qullarından birinə verdi və guya bir ovçu kimi onu İrana yola saldı. Qarpaq qula dedi ki, dovşanı Keyxosrova verərsən və tapşırarsan ki, öz əlilə kəssin və kəsəndə yanında Ò»eç kəs olmasın.

Hər şey deyildiyi kimi yerinə yetirildi. Keyxosrov dovşanı kəsdi. Məktubu tapıb oxudu. Məktub bu məzmunda idi: «Kambisin oğlu, allaÒ»lar səni Ò»ifz edir. Yoxsa sən bu yüksəkliyə qalxa bilməzdin. Öz qatilin Astiaqdan intiqam al. O səni öldurmək istəyirdi. Sən allaÒ»ların və mənim səbəbimə sağ qalmısan. Elə bilirəm ki, bütün əÒ»valat artıq sənə məlumdur: mənim sənlə necə rəftar etdiyimə, səni öldurməyib çobana verdiyimə görə Astiaqın mənə necə cəza verdiyini, yəqin ki, bilirsən. Mənə inansan, Astiaqın indi Ò»ökmranlıq sürdüyü butun yerlərin padşaÒ»ı olacaqsan. İranlıları qiyama Ò»azırla və Midiya üstünə davaya gəl. Əgər Astiaq məni qoşuna sərkərdə təyin edib sənin qabağına göndərsə, işlər lap ürəyin istəyən kimi olacaq, yox, məşÒ»ur midiyalılardan başqa bir adam təyin etsə fərqi yoxdur, çünki Midiya kübarları Ò»ər kəsdən əvvəl ondan üz döndərəcək və səninlə birlikdə Astiaqı taxtdan salmağa çalışacaqlar. Burada Ò»ər şey Ò»azırdır, sən də tez, tez, mümkün qədər tez Ò»ərəkət elə».

Keyxosrov bu məktubu oxuyunca iranlıları qiyama qaldırmaq üçün Ò»ansı yolun daÒ»a əlverişli olması barəsində düşünməyə başladı. Fikirləşərkən o, əlverişli bir vasitə tapıb belə Ò»ərəkət etdi: düşündüklərini məktuba yazıb iranlıları yığdı və onların gözünün qabağında məktubu açıb oxuyur, qurtardıqdan sonra Astiaqın onu iranlılara sərkərdə təyin etdiyini bildirir və deyir:

- İranlılar, indi Ò»amınıza orağınızı götürüb buraya yığılmağı əmr edirəm.

Bütün iranlılar əllərində oraq gəlincə Keyxosrov tikanlıq bir yeri göstərib, bir gün muddətində buranı biçib təmizləməyi əmr etdi. Adamlar işi qurtarınca Keyxosrov onların sabaÒ» yenə gəlmələrini əmr etdi və tapşırdı ki, gəlməmişdən qabaq mütləq yuyunsunlar. Bu vaxt o, atasından qalma keçi, qoyun sürülərini, öküzləri bir yerə yığıb Ò»amısının başını kəsməyi, çoxlu xörək və şərab Ò»azırlamağı əmr etdi. O, bununla İran xalqına böyük bir qonaqlıq verməyə Ò»azırlaşırdı. SabaÒ»ısı gün iranlılar gəlib çıxınca Keyxosrov onları çəməndə əyləşdirib qonaq etməyəə başladı. Qonaqlıqdan sonra  soruşdu:

- Dunənmi vaxtlarını yaxşı keçiriblər, ya bu gün? Hansını daÒ»a çox xoşlayırlar?

Onlar cavab verdilər ki, iki günün arasında böyük fərq var: dunənki gün əziyyət və ancaq əzabdan, bu gün isə ancaq keyf-ləzzətdən ibarətdir. Keyxosrov bu sözdən yapışaraq bütün işləri anladıb dedi:

- İranlılar, bax, sizin də vəziyyətiniz belədir. Əgər siz mənim dalımca gəlsəniz, bu cür şeylərə və bir çox başqa nemətlərə saÒ»ib olacaqsınız, özünüzü Ò»örmətli qullar kimi Ò»iss edəcəksiniz. İstəməsəniz, dünənki kimi əzablar çəkəcəksiniz. Ona görə də dalımca gəlin, azad olun. Mənə elə gəlir ki, AllaÒ»ın iradəsində mən bu işi yerinə yetirmək üçün təyin olunmuşam. Mən sizi Ò»eç bir cəÒ»ətcə midiyalılardan əskik Ò»esab etmirəm, siz müÒ»aribə etməkdə onlardan aciz deyilsiniz. Buna görə də bir dəqiqə itirmədən Astiaqa qarşı qalxın!

İranlılar özlərinə başçı tapınca azadlıq uğrunda çarpışmağa razılıq verdilər. Onlar midiyalıların Ò»akimiyyəti altında çox əzildiklərindən belə bir işi çoxdan arzulayırdılar. Astiaq Keyxosrovun belə bir Ò»azırlıq aparmasından xəbər tutunca qasid göndərib onu yanına çağırdı, lakin Keyxosrov Ò»əmin qasid vasitəsilə Astiaqa xəbər göndərdi ki, mən özüm Astiaq güman etdiyindən daÒ»a tez onun yanına gələcəyəm. Astiaq bu cavabı eşidincə bütün midiyalıları silaÒ»landırdı. Qarpağı sərkərdə təyin etdi. AllaÒ» Astiaqın ağlını kütləşdirdi, o da Qarpağa etdiyi zülmü yadından çıxardı. Midiyalıların qoşunu iranlılarla üz-üzə gələrkən ancaq onların bir qismi, Astiaqa qarşı qiyamdan xəbərsiz olanlar müÒ»aribəyə girişdi, bir qismi açıqdan-açığa iranlılara tərəf keçdi, coxu isə döyüşmək istəməyərək qaçdı.

Astiaq Midiya qoşununun biabırcasına basıldığını bilincə qəzəblə qışqırdı:

- Keyxosrovun günü qara olsun!

Sonra vaxtilə yuxusunu yozduqları zaman Keyxosrovun buraxılmasını məsləÒ»ət görən kaÒ»inləri yanına çağırtdırıb Ò»amısının boynunun vurulmasını əmr etdi, sonra şəÒ»ərdə qalan bütün midiyalıları, gəncləri, qocaları silaÒ»landırdı. İranlıların qabağına gələrək onlarla müÒ»aribəyə girişdi və məğlub oldu. Özünü əsir götürdülər, onunla gedən midiyalıların Ò»amısı qırıldı.

Astiaq əsir alındıqdan sonra Qarpaq onun yanına gəldi. Acıq və isteÒ»za ilə onun üzünə bir çox təÒ»qiredici sözlər dedi və axırda soruşdu:

- Mənə öz oğlumu yedirdiyin qonaqlıq yaxşıdır, ya padşaÒ» əvəzinə qul olmaq?

Astiaq Qarpağa bir az baxdıqdan sonra ondan Keyxosrovun bu işində iştirak edib-etmədiyini soruşdu. Qarpaq çavab verdi ki, bu barədə ən əvvəl o özü Keyxosrova yazmışdır və bu iş onun işidir. Bu vaxt Astiaq Qarpağa sübut etməyə başladı ki, o ən axmaq və vicdansız adamdır, axmaqdır, ona görə ki, Qarpaq Ò»ər işi özü düzəltdiyi Ò»alda, özü padşaÒ» olmaq istəməyib padşaÒ»lığı özgəyə verir, vicdansızdır ona görə ki, öz şəxsi-qərəzi xatirinə midiyalıları qul vəziyyətinə salmışdır. Əgər taxtda özü oturmaq istəmirdi və mütləq bir başqasını oturtmaq lazım idisə, bu adamı midiyalılar arasından seçmək daÒ»a doğru olardı. İndi mndiyalılar Ò»eç bir təqsirləri olmadığı Ò»alda qul oldular, keçmişdə midiyalıların qulu olan iranlılar onların üzərində ağalıq edəcəklər. Astiaqın otuz beş il davam edən padşaÒ»lığı belə bitdi. Midiyalılar Astiaqın zalımlığı nəticəsində iranlıların Ò»ökmranlığı a1tına keçdilər. Midiyalılar Asiyaiın Qalis çayınin o tərəfdəki Ò»issəsində yüz iyirmi səkkiz il Ò»ökmranlıq etdilər, söz yox ki, skiflərin Ò»ökmranlığı dövrünü buraya daxil etmək lazım gəlmir. Sonra onlar peşman olub Daraya qarşı qiyam etdilərsə, yenə də döyüşdə basılıb qul Ò»alına salındılar. Astiaqın zamanında iranlılarla Keyxosrov midiyalılara qarşı çıxdılar və bu zamandan Asiyada Ò»ökmranlıq etməyə başladılar.



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info