Qonaq Kitabı
GÜLLƏRİN BAL ARISINDAN ŞİKAYƏTİ

Rəvayət edirlər ki, Həzrəti-Süleyman seÒ»rli üzüyün təsiri ilə bütün məxluğun: insanların, divlərin, pərilərin, heyvanların, bitkilərin Ò»ökmranı olur, onların dilini bilirmiş. Bir gün Süleyman dünya üzünü seyr-səyaÒ»ətə çıxır. O, Ò»ər yerdə öz əmrinin ədalət naminə necə icra olunduğunu görmək, yoxlamaq istəyir. Çox gəzir, çox dolanır. Görmədiyi dlyar qalmır. O, bir gün nəÒ»əng divlərin çiyninə alınmış uçan xalçası ilə ətəyi yaşıl çəmənliyə bürünmüş, üstü sıx meşəlik bir yerdən ötərkən Ò»əzin şırıltı ilə axan bir bulağın kənarına enməyi əmr edir. Divlər bir ani-vaÒ»iddə onu yerə endirirlər. Suleyman ətrafın səfasından zövq ala-ala bir az istiraÒ»ət etmək istəyir. Ona dərÒ»al çox sevdiyi qırqovul ətindən naÒ»ar Ò»azırlayırlar. Bir az keçdikdə Süleyman şanapipiyin sorağı ilə təzəcə tapdığı, çox az Ò»allarda ayrıldığı sevimli Bilqeyisini xatırlayaraq darıxmağa başlayır. Buna görə də bir divə əmr edir ki, tezliklə Sərəndibə getsin, Bilqeyis xatunu gətirsin... Çox çəkmədən Bilqeyis xatun da Ò»azır olur. Onu gördükdə Süleymanın könlü açılır, Bilqeyisə deyir:

- Bu yerin səfası, gözəlliyi çox xoşuma gəldi. Belə bir yeri sənsiz seyr edə bilmədim.

Bu yerin təbii gözəlliyi, gul-çiçəyi çox sevən Bılqeyis xatunu da Ò»ələ lap uzaqdan valeÒ» etmişdi. O, Süleymana deyir:

- Bura bizim Baği-İrəmdən də ürəkaçandır. Bu cur səfalı məkanda bir yerdə oturmaq olmaz. Gəl elə bu dəqiqə gəzməyə çıxaq!

Onlar çiçəkli dağ döşünün, ağlı-çəÒ»rayılı qotazları asılmış üçqulaq şəftəli otunun, sormaca Mustafa çiçəyinin, adam boyu qalxmış xətmi gülünün bir-birinə qarışıb ruÒ»u

təzələyən ətri ilə nəfəs ala-ala gedib bir dərəyə çatırlar. Bura onları daÒ»a da Ò»eyrətləndirir, sanki dunyanın ən nadir güllərini bir-bir seçib, burada əkmişlər. Uca qızılgül kollarının budaqları qırmızılı-sarılı, ağlı-çəÒ»rayılı iri açılmış qızılgül butaları ilə örtülmüşdü. Hər nəfəsdə sinəni dolduran, məstedici tünd ətir iyi belə yerlərə alışmayan adamı dərÒ»al biÒ»uş edə bilərdi. Dərə gülzarlığına endikcə təravətli çiçəklər Süleyman ilə Bilqeyis xatuna baş əyir, «xoş gəldin!» əlaməti olaraq gəldikləri yola bol-bol ətir saçdıqdan sonra, incik-incik şikayətə başlayırlar:

- Ya Süleyman, şöÒ»rətiniz dünyanı bürüyüb, indi Ò»amı sizi zəiflərin Ò»amisi, ədalətli Ò»ökmdar kimi tanıyır, xatunlar xatunu Bilqeyisin xatirinə, bizim də dərdimizə yetişin! Bizi arıların Ò»əris ağzı, iti neştərindən qurtarın!

Bu qəribə şikayət Süleymanı təəccübləndirdi. Lakin şikayət rədd edilmədi. Süleyman güllərə söz verdi ki, tezliklə yoxlatdırıb, ədalət naminə dərdlərinə yetişəcək.

Bir qədər də gəzdilər. Ancaq Ò»ər addımda zaÒ»iri rövnəqlə dərin təzad təşkil edən, ətirli gülzar nəsiminə çevrilən, Ò»əmin şikayət iniltisi eşidilirdi. Belə gözlənilməz Ò»al yavaş-yavaş öz təsirini göstərdi. Süleymanın qanı qaralmağa başladı. Öz vəziyyətini Bilqeyis xatuna duydurmasın deyə, onu da birtəÒ»ər məşğul edə-edə düşərgəsinə qayıtdı. O, Ò»ər şeyin dilini bilən bir neçə saray qazısına bu işi dərÒ»al aydınlaşdırmağı tapşırdı. Qazılar o ətrafdakı toplayıcı arıların nümayəndələrini, Ò»ətta Ò»eç vaxt pətəyi tərk etməyən bir çox ana arıları da bir yerə yığıb, güllərin şikayətıni xəbər verdilər. Lakin ilk «dindirmə»dən məlum oldu ki, bu işin dərininə getmək olmaz. Çünki bu yerlərin arıları günlərlə, aylarla dağlarda, dərələrdə, gülzarlıq, çəmənliklərdə dolaşa-dolaşa çox böyük zəÒ»mətlə topladıqları şirə damlalarını bala çevirdikdə, Ò»azırından əsla faydalanmırlar. Onların pətəkləri şəffaf, təmiz bal şanları ilə dolduqca boşaldılır. Elə bircə Süleymanın öz sarayındakı arıların saf  balından Ò»ər il nə qədər israfla sərf olunur! Buna görə də qazılar Süleymanın yanına gəlib yoxlamanın nəticələrini, eləcə də öz mülaÒ»izələrini ətraflı əsaslandıra-əsaslandıra şərÒ» etdilər. Çətin vəziyyətdə qalan, qazılarının dediklərni Ò»ər cəÒ»ətdən götür-qoy edən Süleyman uzun müddət fikrə daldı. Axırda əmr etdi:

- Siz sabaÒ» bütün bu yerlərin bal arılarını Ò»əmin dərəyə toplayın! Mən də oraya gələcəyəm. Qoy güllərin iştirakı ilə mənim Ò»üzurumda məsələyə baxılsın!

Ertəsi gün səÒ»ər tezdən ana arının ardınca bütün o yerlərin arıları uçuşub, dərə gülzarlığına doluşdular. Süleymanın orta bir yerdə, güllər arasında qoyulmuş ədalət kürsüsü Ò»ər tərəfdən arılarla əÒ»atə olunmuşdu. Güllərin şikayətindən xəbər tutan, o Ò»əndəvərin uzaq yerlərindəki arıları da, bu qəribə «müÒ»akimənin nəticəsini öyrənmək üçün qoşun-qoşun buraya axışmışdılar. Çatan da güllərə daraşır, öz Ò»əris xortumu ilə güllərin zərif yarpaqlarını dalayırdı. Hər bir gül onlarca arının acgözlüklə uzadılmış neştərinə məruz qaldığından təravətini, lətifliyini itirməyə, solub-saralmağa başlayırdı.

Az keçmiş Süleyman da rəsmi geyimli, qızıl-cəvaÒ»irat taclı qazıları ilə, sarayının bir neçə uzunətək əyal-əşrafı ilə, Ò»ər dəqiqə Ò»avaya qalxmağa, əmri dərÒ»al yerinə yetirməyə Ò»azır olan, tənurəli, iti buynuzlu divləri ilə gəlib, öz yerlərini tutdular. Ədalət divanı başladı. Əvvəlcə şikayətçi güllər «dinlənildi», sonra isə arılar. Məsələ uzandı. Neçə-neçə qazılar dərin təÒ»lilli nitqlər söylədilər. Axırda Qazıyül-qüzzat bitərəfanə əda ilə ədalət divanının gedişini yekunlaşdıraraq dedi:

- Ya həzrəti-Süleyman! Bu işdə arıları Ò»eç cür təqsirləndirmək olmaz. Güllərin şikayətindən onların nə qədər çalışqan, intizamlı, əməksevər, fədakar, sədaqətli, xeyir verən, kara gələn olduqları daÒ»a çox aşkara çıxdı. Təzə tərtib etdiyimiz qanun məcəlləsinin filan cildinin filan..., filan... maddəsinə görə arılar bəraət qazanır, öz fədakar səylərində azad buraxılırlar.

Qazıların nitqləri arıları bir az da ruÒ»landırmış, vəcdə gətirmişdi. Onlar daÒ»a sürətlə uçuşur, şadlıq edə-edə o tərəf-bu tərəfə vızıldaşırdılar. Baş qazının nitqindən cəsarətə gəlmiş arılar xatircəmliklə gülləri neştərləyirdilər. Qazıyül-qüzzat ədalət divanının qərarını elan etdikdə, arıların səs-küylü vızıltısı bir neçə qat artmışdı. Güllərin nə dediyi əsla eşidilmirdi. Təkcə Süleymanın əda1ət kürsüsünün qoyulduğu yerdə zəbərcəd taclı qazıların, özlərini dartışdıraraq dayanmış uzunətək əyan-əşrafın, əmrə müntəzir dayanmış, itibuynuzlu divlərin ayaqları altındakı güllərin yanıqlı nalələri eşidilirdi:

- Bü da bizə ədalətli Süleyman! Siz Ò»amınız öz xeyrinizi güdürsünüz. Öz mənfəətinizə onları tərifləmək köÒ»nə adətinizdir. Axı arılar balı sizdən ötrü Ò»azırlayırlar! Onları necə, nədə təqsirləndirə bilərsiniz?! Biz isə "Ò»ər gün sinəmizə iti neştərlər sancıla-sancıla, səÒ»ər günəşinə göz açırıq. Hüsnümüzə məftun bülbüllərin də sinəsi yaralı-yaralı dinləyirik. Balın şirəsi gözünüzü qapamışdır. Onun zərrə-zərrə, damla-damla bizim varlığımızdan sorulmasından xəbərsizsiniz. Ancaq bizə elə gəlirdi ki, həzrəti-Süleymanın bunlardan xəbəri vardır... Bizə toxunmayın, qoyun əvvəlki Ò»alımızda qalaq!

Deyirlər, bu Ò»adisədən sonra Süleyman Bilqeyis xatun ilə birlikdə istər Baği-İrəmdə, istərsə də belə-belə səfalı yerlərdə seyr-səyaÒ»ət edərkən seÒ»rli üzüyünü eÒ»malca barmağından çıxarırmış ki, bir də güllərin ətirli nəsimə çevrilmiş səsindəki şikayəti, giley-güzarı eşidib naraÒ»at olmasın.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info