Qonaq Kitabı
NUH PEYĞƏMBƏR

Yer üzünü su alıb gəmi suyun üzündə üzən vaxt bir adam ona yaxınlaşıb çağırır:

- NuÒ» can, kəndirini at, mən də gəmiyə çıxım. Yadındadırmı, sənin yağın yox idi, mən bir az verdim.

NuÒ» neyğəmbər özünü eşitməzliyə vurdu, ürəyində dedi:

- Onu azad etsəm, sonra gəlib verdiyi yağı məndən istəyər, qoy suda qalıb boğulsun.

Başqa bir adam yaxınlaşıb deyir:

- NuÒ», məni azad et, sən yaxşı adamsan. O il unum yox idi, bir çuval unu sən mənə borc verdin.

NuÒ» peyğəmbər dillənir ki, onu azad edin, yazıqdır. Ürəyində dedi: «Boğulsa borcum itər, xilas olsa çıxıb işləyər, borcumu qaytarar».

 

* * *

 

NuÒ» peyğəmbər gəmi düzəltdirərkən bir qoca NuÒ»dan soruşur:

- Yer üzünü nə zaman su alacaq?

- Gəlin qaynana ilə danışanda, – deyə NuÒ» cavab verir.

Bir müddət keçəndən sonra bu qoca öz gəlnindən soruşur:

- Təndir yandımı?

- Hara yanır, o qədər üfürmüşəm ki, başım partlayır, – deyə gəlin cavab verir.

Qoca onun cavabından başa düşür ki, tufan günü gəlib çatıb, yoxsa gəlin onunla danışmazdı. Təndirə yaxınlaşır, görür ki, dibindən su çıxır. NuÒ»un yanına yollanır, xaÒ»iş edir ki, onu da dabanına götürsün. Lakin istəyi baş tutmur.

 

* * *

 

NuÒ» peyğəmbər dabanını düzəltdirmək uçun bir usta çağırır. Ona deyir ki, gəl gəmimi düzəlt, qızımı sənə verəcəm. Usta gəlib işləyir, lakin qaranlıq düşur. NuÒ» peyğəmbər görür ki, iş çox ləng gedir. DaÒ»a başqa bip usta çağırıb onlara deyir: «Gəlin mənim dabanımı duzəldin, qızlarımı sizə verəcəm».

NuÒ» peyğəmbərin cəmi bir qızı var idi. Lakin üçünə soz vermişdi, düşünürdü ki, yer üzünü su alanda onlar boğulacaq. Vaxt gəlib çatdı, ustalar işlərini bitirib dabanı Ò»azırladılar. Onlar NuÒ» peyğəmbərin yanına gəlib qızları istədilər. NuÒ» olan-qalan bir qızını kimə verəcəyinə məəttəl qalmışdı. O fikirli-fikirli dolaşanda görür ki, eşşəyi ilə iti dönüb qız oldular; Ò»ərəsini onlardan birinə verir. Bir müddət keçəndən sonra NuÒ» qızlarına baş çəkməyə gedir. Birinin yanına gəlib ərindən soruşur ki:

- Qızım necədir?

Əri cavab verir ki:

- Yaxşıdır, tək bir şeyi pisdir ki, nə deyirsən eşşək kimi eşitmir, qulaqardına vurur.

NuÒ» başa düşur ki, bu, eşşəkdir. O birinin yanına yollanır. Onun da əri gileylənir ki:

- Arvadım pis deyil, lakin söz deyəndə it kimi çəmkirir.

NuÒ» anlayır ki, bu da itdir. Üçüncünün yanına gedir. Əri arvadından başdan-ayağa razı qaldığını bildirir. Onların üçünün də cinsi aydınlaşır.




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info