Qonaq Kitabı
BƏNÖVŞƏ İLƏ LALƏ

Bənövşə bir qız, Lalə isə oğlan imiş. Onlar sevişirlər. Vədə bağlayırlar ki, yazın ilk günü günəşli, çiçəkli, nəğməli bir çəməndə görüşək. Bənövşə görüşə vaxtında gəlir. Lakin yazın ilk günü olsa da, çəməndə nə günəş görünür, nə çiçək, nə də nəğmə. Əvəzində Bənövşəni qar, çalpoy vurur, soyuqdan gömgöy göyərir. Söz verdiyinə görə dönuklük edib geri dönmür. Kol dibinə çəkilib boynunu bükmüş Ò»alda soyuqda, sazaqda sevgilisi Laləni gözləyir. Bilir ki, Ò»arada olsa gələcəkdir.

Lalə günəşli, çiçəkli, nəğməli yaz gününü gözləyir. Vaxt çatana kimi vədə yerinə gecikir. Özünü görüş yerinə çatdıranda Bənövşəni soyuqdan göyərən, kol dibinə çəkilib boynunu bükən, bu Ò»alda da yenə sevgilisini gözləyən görür. Lalə vəfasızlığa dözə bilmir, alışıb yanır, ürəyinin qanı üzünə çıxır, Bənövşə başını qaldırıb ona baxa bilmir, taleyindən küsür.

O vaxtdan bu çiçəklərə boynu bükük bənövşə, bağrı qara lalə deyilir.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info