Qonaq Kitabı
QIZBOYU

Qızboyu sarı rəngli gözəl bir çiçəkdir. Guya Qızboyunu öz əmisi oğluna nişanlayırlar. Qızboyu isə atasının çobanına könül verir. Ancaq valideynləri buna Ò»eç cür razı olmur. Çobanın eşqi Qızboyunu divanə eləyir.

Qızboyu yaxşı duyur ki, onun saf məÒ»əbbətini Ò»eç kim başa duşməyəcək. O çox fikirləşir, çox götur-qoy edir, amma çobanla qovuşmağın yolunu tapa bilmir. Əlacsız qalıb özünü öldürmək istəyir. Birdən yadına düşur ki, çoban daim dağda, daşda, çöldə, çəməndə, güllərin-çiçəklərin qoynundadır.

Qızboyu baş götürüb evdən - zulmün əlindən qaçır. Gozəl bir çəmənzarda oturub göylərə yalvarır ki, onu bir ətirli əlvan çiçək eləyib çəmənlikdə bitirsin, bəlkə bu yolla çobanla qovuşa.

Gözəl Qızboyu çiçək olub o vaxtdan çəmənlikdə bitir. Ətrindən sevgilisi olduğunu bilən çoban Ò»ər gün bu çiçəyin boyunu sevib iyləyir.

Qızboyu çiçəyi xalq tərəfindən də sevilir, çəmənliklərimizdə yaşayır.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info