Qonaq Kitabı
LALƏ

Doğma Azərbaycanımızın çöllərində, düzlərində bitən nərgizə, laləyə, bənövşəyə, yüzlərlə başqa çiçəyə kim vurulmayıb, oxşamayıb, onlara söz qoşmayıb. Bütün bu çiçəklərin hərəsi bir şeyin rəmzidir.

Lalənin ləçəklərinin al qırmızı rəngini, zil qara xalını, zərifliyini, gözəlliyini Ò»amı xoşlayır.

Əfsanəyə görə, Lalə ağ, gözəl, boylu-buxunlu, tayı-bərabəri olmayan bir qız imiş, dərd, kədər, qəm nə olduğunu bilməzmiş.

Günlər keçdikcə Lalə böyüyüb boya-başa çatır; onların da qapısını tez-tez elçilər döyür. NəÒ»ayət, Laləni ürəkdən sevdiyi bir oğlana nişanlayırlar.

Vaxt çatır. Laləyə toy edirlər. Günlər ötdükcə Lalə daÒ»a şən, daÒ»a gözəl, qəşəng olur.

Bir gün Laləgilin yaşadığı şəÒ»ərin Ò»ökmdarı adamları müÒ»aribəyə aparır. Hökmdar carçılarla Ò»ər yana bəyan edir:

- Xoşbəxtlik, səadət, var-dövlət müÒ»aribədədir. Kim böyük sərvət saÒ»ibi olmaq istəyirsə, ömrünün axırına kimi firavan yaşamaq istəyirsə, Ò»ökmən qılınc götürüb qan tökməlidir.

Minlərlə Lalələr irəli durub ərlərini, sevgililərini vermək istəmir:

- MüÒ»aribə ancaq fəlakət, səfalət gətirir, ananı oğulsuz, arvadları ərsiz qoyur. Bizə yazığınız gəlsin, rəÒ»miniz olsun, gözümüzü yaşlı, bağrımızı qanlı qoymayın.

Hökmdarlar Ò»eç vaxt xalqın səsini eşitmir. Bu dəfə də bəla olur, Laləni sevgilisindən ayırırlar. Son anda Lalə deyir:

- Mən baÒ»arın qıziyam. Geri qayıdanda məni tapmasan, əlini üzmə, baÒ»arda, çəməndə axtar məni.

- Hökmən baÒ»arda qayıdacağam!

Lalə Ò»əsrətlə baharı gözləivr, sevgilisini gözləyir. NəÒ»ayət, güllü-çiçəkli baÒ»ar gəlir. Lalə sevgilisini düzənliklərdə, yolların kənarında qarşılamaq üçün qıpqırmızı donunu geyinib Ò»əsrətlə gözlərini uzaqlara dikir.

 

Lalə çox gözləyir, göz yaşları axıdır. Lakin sevgilisini gördüm deyən olmur. Dərd əlindən Lalənin bağrı qapqara qaralır. O, ayrılığa dözmür, göylərə yalvarır. Laləni qıpqırmızı donundaca çiçəyə döndərir.

Bir gün baÒ»ar vaxtı Lalənin sevgilisi misgin, yaralı Ò»alda qayıdır. MüÒ»aribə onu ömürlük bədbəxt, şikəst etmişdir. Oğlan Laləni nə qədər axtarırsa, tapmır. Görür başqaları da onun kimi öz lalələrini axtarır. Əlacsız qalıb çəmənə gəlir. Dizləri qatlanır, gözlərindən yaş axır. Görür ki, çəməndən minlərlə bağrı qapqara yanmış lalə ona baxır.

BaÒ»ar gələndə lalə düzənliklərdə, yol kənarında, dağların döşündə bitərək Ò»əsrətlə sevgilisinin yolunu gözləyir.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info