Qonaq Kitabı
BƏNÖVŞƏ

Hər il yaz fəsli gələndə quşlar, ağaclar, insanlar məÒ»əbbətlə dil açır, Ò»əyat şənlənir. Bütün canlılarda yaşamlq Ò»əvəsi oyanır. Təbiət insanın üzünə gülür. Bu fəsildə təkcə Bənövşənin Ò»əyatı kədərlə başlanır, üzü bircə an gülmür, başını qaldırıb xəcalətindən başqa güllərin üzünə baxmağa utanır. Boynunu büküb faciəli Ò»əyatını, solmuş məÒ»əbbətini xatırlayıb qəm dəryasına qərq olur.

Bənövşə gözəl-göyçək bir qız idi. MaÒ»aldakı cavanlar onun gözəlliyinə vurulmuşdular. Qış adlı soyuqqanlı, baxışında şaxta, gülüşündə sazaq oynayan bir oğlan ona saÒ»ib olmaq üçün dəridən çıxırdı. Qız isə Ò»eç kəsə məÒ»əl qoymurdu. Heç kimə öz qəlbini vermirdi. O, BaÒ»ar adlı bir gənci sevirdi, BaÒ»ar da onu. Onlar Ò»ər səÒ»ər günəşi birgə qarşılayırdılar. Ayın batmasına birgə tamaşa edirdilər.

Bənövşə bəy qızı idi. BaÒ»ar isə yoxsul bir ailədə böyümüşdü. BaÒ»arla Bənövşənin sevgisi səsə düşdü. Ay gecənin qulağına, Günəşin şəfəqləri səÒ»ərə onların məÒ»əbbətindən danışdı. Çiçəklər çəmənə, bülbüllər güllərə onların məÒ»əbbətindən danışdı. Cavanlar tay-tuşuna, qarılar qocalara onların məÒ»əbbətindən danışdı. Bənövşənin qardaşları bunu eşidib onların məÒ»əbbətinə mane oldular. Qızı zorla Qışa nişanlayır, qışın təkidilə BaÒ»arı bu maÒ»aldan didərgin salırlar, hər iki gəncin məÒ»əbbəti payız gülləri kimi saralıb-solur. Qarlı-boranlı günlər isə onların göruşlərinə mane olur. O gündən BaÒ»arın ayrılığına dözməyən Bənövşənin boynu bükülür.

Deyirlər ki, Ò»ər il Bənövşə öz segilisi BaÒ»arın görüşünə Ò»amıdan pünÒ»an gəlir. BaÒ»ar isə öz gözlərindən leysan yağışı axıdaraq sevgilisini isladır. Zalım Qış nə qədər onların görüşünə maneçilik törətsə də, Ò»eç vaxt Bənövşəni görə bilmir.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info