Qonaq Kitabı
İLANLA QARANQUŞ

İlanla Arı qonşu idi. Arı çiçəkdən-çiçəyə qonur, şirə sorur, şan düzəldir, qışda da yuvasına çəkilib baldan şirin-şirin yeyir, təzə yaza kefi kök, damağı çağ çıxırdı. İlan isə aylarla ov-quş dalınca sürünür, girinə keçəndən də bir Ò»əzz, bir ləzzət duymur, çox zaman ağzının acısını təmizləməyə Ò»eç bir inli-cinli tapa bilmirdi. Bir gün ilan arıya dedi:

- A qonşu, boş-boşuna surünməkdən canım yerdə, daşlarda, qayalarda qalır, tapdığım da Ò»eç bir əmələ yaramır. Məni bu əzab-əziyyətdən qurtar.

- Nə kömək istəsən, mən Ò»azır!

İlan dedi:

- Bircə günündən mənə görə keç. Gör Ò»ansı canlının qanı şirindir.

Arı şən-şən güldü:

- A qonşu, elə bildim məni müşkül işə buyuracaqsan. Bundan asan nə var ki!..

Qaranquş öz yuvasını Ò»örürdü. O, qonşuların söÒ»bətini eşitmişdi. İlandan zəÒ»ləsi gedirdi, çünki bu ilan neçə dəfə onun da balalarını yemişdi.

Qaranquş arının dalınca düşdu.

Arı gaÒ» qoyunun, gaÒ» keçinin, gaÒ» cüyürün, gaÒ» da maralın boynuna qondu. Vızıldayıb uçdu. Axırda yol gedən bir qoca kişinin alnına yapışdı. Geriyə doğru uçanda qaranquş bildi ki, arı xəbərə qaçır. İlana deyəcək ki, ən şirin qan insanın qanıdır. Bundan sonra ilanlar yer üzündə salamat insan qoymayacaqlar, Ò»amısını çalacaqlar. Qaranquş insanlardan razı idi, çunki insanlar onun yuvasını dağıtmırdılar, balalarına toxunmurdular.

Qaranquş arını qabaqlayıb onu dilə tutdu:

- Xoş gördük, a ellər yaraşığı, neçə vaxtdır səni görmürəm, necəsən, necə dolanırsan?

Arı:

- Çox sağ ol, - dedi, - yaxşıyam, yaxşı dolanıram.

Qaranquş onun ağlını oğurlamağa başladı:

- O gün qarğa yaman öyünürdü ki, Ò»amı mənim səsimi tərifləyir. Deyirəm, səsim yox, dilim şirindir. Mən də ona dedim, Ò»eç öyünmə, mənim qonşum arının dilinin sirinliyinə şirinlik çatmaz. Dilini çıxaran kimi yerə bal damır. Qarğa gəlməmiş dilini göstər görüm düzmü demişəm, yalanım çıxmasın.

Arı dilini çıxaran kimi qaranquş onun dilini dimdiyi ilə kökündəm qopardı, qaçdı.

Arı lal oldu, vızıldaya-vızıldaya qaldı. İlana Ò»eç bir şey başa sala bilmədi.

İlan işin niyə belə olduğunu duydu. Qaranquşu tutmaq istədi, lakin dişi onun quyruğundan bircə lələk qopardı. Qaranquşun quyruğu o vaxtdan Ò»aça qaldı. İnsanlar bu işdən xəbər tutdular, qaranquşun yuvasını öz evlərinə köçürdülər.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info