Qonaq Kitabı
PƏRVANƏ İLƏ OD

Deyildiyinə görə, pərvanə qız, od isə oğlan olmuşdur. Pərvanə şaÒ» qızı, od isə əkinçi oğlu. Oğlan qızı bulaq başında görüb ona aşiq olur. Lakin padşaÒ» bunların bir-birinə qovuşmalarına icazə vermir, əkinçinin oğlunu öldürmək üçün tədbir görür. Oğlanı çətin yerlərə göndərir. Oğlan bütün sınaqlardan çıxır. Qız da öz atasına sevdiyi  oğlandan ayrı yaşaya bilməyəcəyini bildirir. Amma ağa Ò»eç cür yola gəlmir. Günlər gəlib keçir, qızla oğlanın səbri tukənir, sözü bir yerə qoyub qoşulub qaçırlar.

PadşaÒ» əmr edir, onların Ò»ər ikisini tuturlar. Qızı öz oğluna almaq istəyən vəzir bir ovsun oxuyub oğlanı od eləyir.

Qız göz yaşı tökür, üzünü göylərə tutub AllaÒ»a yalvarır, dönub pərvanə olur, odun başına Ò»ərlənir, özünü oda atıb yanır, yenə də dirilir.

PadşaÒ», əÒ»ali bu işə mat qalırlar. ŞaÒ» tutduğu işdən peşman olur. Ancaq sonrakı peşmançılıq fayda verməz, - deyərlər.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info