Qonaq Kitabı
TURAC

Keçmişdə Turac adlı bir qız zalım bir xanın evində qulluqçu idi. Xanım onu çox döyür, çox incidirdi. Turaca qarın dolusu çörək, geyməyə paltar da vermirdi. Günlərin bir günü xanım onu çağırdı, dedi:

- A qız, bu saat su isidib başımı, ayaqlarımı yuyarsan.

Turac gedib su isitdi. Nə qədər axtardı, darağı tapmadı, bilmirdi darağı Ò»ara qoyub. Xanımın səsi gəldi:

- Səni parça-parça olasan, bəs necə oldun?!

Turac dedi:

- Xanım, bu saat gəlirəm.

Turac nə qədər axtardı, darağı tapmadı.

Xanımın ayağının səsi gələndə Turac ağladı, dedi:

- Nə olaydı, bir quş olaydım, xanımın zülmündən qurtaraydım.

Turac bir quş oldu, xanım əli ağaclı qapıdan içəri girəndə uçub bacadan çıxdı. Birdən yadına düşdü ki, daraq taxçadakı buxçadadır. Təzədən uçub pəncərənin qabağına qondu, dedi:

- Xanım, taxçada, buxçada.

İndi də turac Ò»əmişə bu sözləri oxuyur:

- Xanım, taxçada, buxçada.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info