Qonaq Kitabı
YAPALAQ QUŞU

Keçmiş zamanlarda bir qardaşla bir bacı var idi. Zalım ögey anaları bu uşaqları çox incidirdi. Günlərin bir günü ögey ana onlara dedi:

- Öküzü aparın meşədə otarın. Əgər itirib eləsəniz, ikinizin də başını dibək daşının altına qoyub əzəcəyəm.

Uşaqlar öküzü meşəyə otarmağa apardılar. Axşam qayıtmaq istəyəndə öküzü itirdilər. Bacı meşədə qaldı. Oğlan ağlaya-ağlaya evə gəlib əÒ»valatı ögey anasına söylədi. Ögey ana onu çoxlu döyüb dedi:

- Gedin, öküzü tapın gətirin. Əgər tapıb gətirməsəniz, ikinizin də gözünü çıxardacağam.

Oğlan geri qayıtdı, əÒ»valatı bacısına dedi. Onlar öküzü çox axtardılar, tapmadılar. Qorxularından geri də qayıtmadılar. Göyə üz tutub yalvardılar ki, quş olsunlar. Onlar Ò»ər ikisi yapalaq quşu oldular. Biri “tapdın?”, o biri də “yox”, - deyə ökuzü indi də axtarırlar.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info