Qonaq Kitabı
ŞANAPİPİK QUŞU

Şanapipik əvvəllər gəlin imiş. Bir dəfə başını yuyurmuş. Bu vaxt onun qaynatası içəri girir. Gəlin utanır. AllaÒ»a yalvarıb deyir:

- Ay allaÒ», qaynatam saçlarımı gördü, mən xəcalətdən onun üzünə baxa bilmərəm; məni ya daş elə, ya da quş.

Gəlin quşa çevrilir. Darağı başında qalır, şanapipik olur. Şanapipik çöldə yaşasa da, abadlıqdan çox uzağa getmir, axı onun gözü istəkli ərində, doğma evində qalıb...



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info