Qonaq Kitabı
HÜT-HÜT QUŞU

Yusif ilə Nəsib adlı iki qardaşın Fatimə adlı bir bacısı var idi. Fatimənin başına anadandoğma daraq vurulmuşdu. Qardaşlarının Ò»ərəsinin bir atı var idi. Günlərin bir günü onlar atlarını itirdilər, Fatiməyə dedilər:

- Can bacı, biz atları axtarmağa  gedirik, biz gəlincə sən südlü aş Ò»azırla, gəlib yeyərik. Tez qayıdacağıq.

Yusiflə Nəsib atları axtarmağa getdilər. Fatimə südlü aş bişirdi. Gecə gəlib düşdü. Fatimə nə qədər gözlədi, qardaşları gəlib çıxmadı. Fatimə çox ağladı. Axırda meşəyə düşüb qardaşlarını axtarmağa başladı. Qız çox axtardı, qardaşlarını tapmadı. Arzu elədi ki, bir quş olsun, uçub göyə qalxsın, qardaşlarını tez tapsın. Fatimə o saat bir quş oldu. O quşa Ò»üt-Ò»üt quşu deyərlər. Fatimə göyə qalxıb qardaşlarını axtarır, Ò»əmişə deyir:

- Hop-Ò»op, gəl tap, Yusif-Nəsib, südlü aş...

Fatimə quş olandan sonra onun atasının var-yoxu torpaqa döndü, yox oldu. İndi quşdan soruşanda:

- Hüt-Ò»üt, atanın var-yoxu necə oldu?

O, dimdiyini torpağa döyüb deyir:

- Atamın var-yoxu bu torpaq oldu.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info