Qonaq Kitabı
YUSİF-NƏSİB QUŞU

Deyildiyinə görə, Yaqubun on iki oğlu var idi. Yaqub bu oğlanlarının içərisində ən çox Yusifi istəyirdi. Bir gün Yusif evə gəlib çıxmadı. Yaqub nökərlərdən iki nəfər çağırıb dedi:

- Bu saat gedib Yusifi tapın, yanıma gətirin.

Nökərlər Ò»ər yeri axtardılar, Yusifi tapa bilmədilər.

Ərənlərdən arzu etdilər ki, onlara qanad versin, quş olub Yusifi tapsınlar. Onlar quş olub göyə uçdular. Yusifi axtarmağa başladılar. Onlara Yusif-Nəsib quşu deyirlər. İndi Ò»əmişə biri «Yusif!», o biri də «Nəsib!» deyir. Biri çaqırır, o biri cavab verir. Yusifi axtarırlar.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info