Qonaq Kitabı
SƏMƏNDƏR

Şirvan maÒ»alında Səməndər adlı igid bir oğlan vardı. Ovu gözündən, duşməni dizindən vururdu. Yerişinə at çatmazdı, qaçarağına quş. Bircə saatda dağlara qalxıb buz, arana enib mer-meyvə gətirərdi. Xəstələrin ürəyi bir şey istəyəndə çapar göndərməzdilər, Səməndərə deyərdilər, o, yelə dönər, göz açıb-yumanacan özünü çatdırardı. Elin gözü olan Qönçə adlı bir qızı sevirdi. Qız da meylini ona salmışdı, elə bilirdi dünyada varsa da, yoxsa da bircə Səməndərdir.

Qönçəni Elat bəyinin oğlu da istəyirdi, amma Səməndərdən qorxur, diləyini ata-anasına açmırdı. O öz tay-tuşları ilə fikirləşib Səməndərə bir tələ qurdular: kasıb bir kişinin aman-zaman bir inəyi vardı, onu tövlədən çıxartdılar, aparıb bir dərədə kəsdilər, ətini, gönünü də gətirib Səməndərgilin ot çardağının altına yığdılar, səÒ»ər tezdən kəndə Ò»ay düşdü ki, bəs filankəsin inəyi oğurlanıb. Bəyzadənin dostları Ò»amıdan çox əl-ayağa düşdülər, axtardıqları yer qoymadılar, axırda Səməndərgilin çardağına girdilər, əti, gönü tapıb çıxartdılar. Kəndə car çəkdilər ki, Ò»alallığına, qoçaqlığına bizim Ò»amımızın bu günə kimi inandığımız Səməndər oğru imiş, quldurbaşı imiş, dünya üzu Ò»ələ belə insafsız adam görməyib.

Adətə görə, kəndin ortasında neçə araba odunu üst-üstə qalaqlayırlar, Səməndərin andına inanmırlar, oduna od vurub, Səməndəri də alovu göyləri yandıran bu tonqalın içinə atırlar.

Qönçə özünü saxlaya bilmir, «Səməndər! Səməidər!..” deyib, tonqalın dövrəsində fırlanır, o da özünü bu odun-alovun içinə atıb yanmaq, sevgilisi ilə bir yerdə külə dönmək istəyir.

Bəyzadə ilə dostları Qönçənin əl-ayağından tutub kənara çəkirlər. Bu vaxt Qönçə pərvanəyə çevrilir, ocağın dövrəsində fırlanmağa başlayır. Alovun içindən də bir Səməndər quşu çıxır, pərvanə ilə qoşalaşır, alovun ətrafında Ò»ey dolanırlar.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info