Qonaq Kitabı
DİRİLİK SUYU

Soğdu, Xarəzmi fətÒ» edən İsgəndər dünyagörmüş bir qocadan eşidir ki, ölkənin şimalında içində su olan bir mağara var. Günəş burada udulur, dünya qaranlığa qərq olur. Həmin zülmatda bir çeşmə var, adına dnrilik suyu deyirlər. Kim bədənini bu suda yusa günaÒ»ları tökülər, kim içsə Ò»eç vaxt ölməz. Həmnn söÒ»bəti eşidən Ò»ökmdar şimala Ò»ərəkət edir, ortasından çay keçən bir düzə gəlib çatır. Bu yerdə günəş çıxmırdı. Hər tərəf qatı qaranlıq idi. İsgəndər ordunu, azuqəni zülmatın başlanğıcında qoyub qırx nəfər məsləÒ»ətçi, yüz nəfər ordu başçısı, min nki yüz əsgər, qırx günlük azuqə göturüb zülmata daxil oldu, əmr verdi ki, onunla qoca adam getməsin. İsgəndərin ordusunda olan bir qoca oğlanlarına bildirir ki, onu özlərilə aparsınlar. Oğlanları tanımasın deyə atalarının üzünü qırxdılar.

Hökmdar zülmatda xeyli irəliləyir, dirilik suyu olan quyuya çata bilmir. O, təcrübəli, dünyagörmüş bir qocanın burada olmasını arzulayanda oğlanlar əÒ»valatı İsgəndərə danışır. Qoca İsgəndərə məsləÒ»ət görür ki, ğaranlıqda madyan daha yaxşı gördüyü üçün madyana minsinlər. Sonra qoca yol yoldaşlarına məsləÒ»ət görür ki, bacardıqca yoldakı qumlardan çox götürsünlər. Beləliklə, zülmatın çöllərində on səkkiz gün yol getdikdən sonra hökmdar bir çeşmənin yanına gəlir. Buranın ətirli, təmiz Ò»avası var idi. İsgəndər Andreas adlı aşpazına naÒ»ar Ò»azırlamağı əmr edir. Aşpaz quru balığı götürüb çeşmə suyunda yumağa gətirir, suya vuran kimi balıq dirilir. O, bu suyun dirilik suyu olduğunu başa düşür. Özü sudan içir, Ò»eç kəsə bildirmir. İsgəndər ilə yoldaşları naÒ»ar etdikdən sonra yola düşür, yenə işıqlığa çıxırlar. Zülmətdə yol gedərkən adamlar qocanın tövsiyyəsilə xurcunlarını qumla doldurmuşdular. Amma çox ağır zəÒ»mətə dözməyib götürdüklərini boşaltmışdılar. Elə ki zülmatdan çıxdılar, qumların qızıl olduğunu bilib peşiman oldular. Òºəmin Ò»issi xurcunları dolu olanlar da keçirirdi. Onlar az götürdükləri üçün təəssüflənirdilər.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info