Qonaq Kitabı
QURDOĞLU

Aldədənin dərdi birə-min artmışdı. Bir tərəfdən yeganə oğlunun itməsi, o biri tərəfdən də MaÒ»peykərin Ağçayın sellərinin qurbanı olması onu raÒ»at buraxmırdı. O, yeganə oğlunu axtarmağa, sorağ eləməyə başladı. Aldədə belə bir xəbər eşitdi ki, Muradbəyli tərəflərdə bir boz qurd dağın başında oğlan uşağı üçün daşdan beşik düzəldib. Boz qurd uşağı nəvazişlə böyüdür. Aldədə bu yerlərə səfər etdi. Çox böyük çətinliklə uşağı tapdı. Uşağın sol dabanındakı xaldan öz oğlu olduğunu öyrənib sevindi. O, uşağı götürüb Haçaqaya dağının ətəklərinə gəldi. Boz qurd da onlardan ayrılmadı.

Aldədə gözləyirdi ki, uşaq bir az da böyüsün, Ò»ər şeyi ona yerli-yataqlı danışsın. Aldədə onu istəyirdi ki, oğlunu boz qurddan aralasın, bir də fikirləşirdi ki, axı boz qurd ona yaxşılıq etmiş, doşündən süd vermişdir.

Bir gün Aldədə oğlu ilə söÒ»bətə başladı:

- Oğlum, sənin vətənin Odlar yurdu, anan MaÒ»peykər olub. Onu Ağçayın suları öz qoynuna alıb. Atan isə mən Aldədəyəm, möcüzəm odda yanmamaqdır. Deməli, sən qor oğlusan.

Uşaq qeyzlə:

- Yox, ata, mən qor oğlu deyiləm, qurd oğluyam. Mənə boz qurd döşündən süd verib.

Aldədə biləklənən, kürəklənən, ürəklənən oğluna nələr danışmadı. Ona dünyanın xoş günlərindən, igidlərindən, nazlı-qəmzəli, vəfalı gözəllərindən, Ò»ikmətli, bərəkətli torpağından danışdı. Aldədə oğluna vətənin başına gələn fəlakətlərdən dərdli-dərdli söz açdı, onu eli, obası üçün qeyrətli oğul olmağa çağırdı. Uşağın gözlərində ildırım çaxdı.

- Tapdalanan torpağımızın, oxlanan, ğılınclanan igidlərimizin, al yanaqları solan analarımızın, bacılarımızın, nəğməli bulaqlarımızın, ətri sovulmuş güllərimizin-çiçəklərimizin qisasını düşməndə qoymaram. Odlar ölkəsinin atəşinə and içirəm ki, qoymaram.

- Vətəni qorumaq üçun vətəndən güc-qüvvət almalısan, oğul!

- Qollarımızda kifayət qədər güc, qüvvə var. Qılınc vurmaq üçün bəs olar.

- Xeyr, oğul! Öz gücünlə sən düşmənin qabağında çox zəif olarsan. Gücü, dözümü sənə vətən verəcək.

- Necə?

- Mənim ömrüm-günüm Haçaqaya dağının, Qızılqayanın, Ağçayın yan-yörəsində keçib. Aldədə yurdu, Aldədə çayı Ò»eç vaxt unudulmaz. Sənə son vəsiyyətim budur: mən də qocalmışam, boz qurd da. Bizim dünyadan köçməyimizə az qalıb. Sənə bir sirr deyim, bu yerlərdə Ağçay çox sirlidir. O, yeddi ildən bir təlatümə gəlir. Elə ki gördün leysan yağışdı, onda şərdir, ona yaxın durma. Anan MaÒ»peykər kimi sellər səni aparar. Yox, gördün, şimşək çaxdı, ildırım şaxıyır, onda xeyirdir. Ağçaya yaxınlaş, ağ köpüklü sudan doyunca iç, bax, ilxıdan o Göysu atlarının balalarını da apar, qoy onlar da o sudan içsinlər. Onların da dizi, qolu, ürəyi qüvvətli olsun.

Yeddi il tamam idi. O, Göysu atlarının Ò»ərəsini bir qoluna bağlayıb, Ağçayın saÒ»ilinə gəldi. Xoşbəxtlikdən şimşək oynadı, ildırım çaxdı. Dünya qaranlıqlaşdı. Hər dəfə ildırım çaxanda Haçaqayanın zirvələri işıqlanırdı. Onun gözünə gaÒ» dağın bir tərəfində boz qurd, o biri tərəfində isə at ilxısı yanında Aldədə, gaÒ» da ağ suların qoynunda saçları çiyinlərinə dağılmış MaÒ»peykər görunürdü.

İldırım çaxır, dağlar, daşlar, otlar, çiçəklər, sular sanki dilə gəlib deyirdi:

- Qurdoğlu, bax o Aldədə, boz qurd, anan MaÒ»peykər bizi sənə tapşırıb. Bizi elə qoru ki, bu çəmənə düşmən ayağı dəyməsin, daşlarımı düşmən atının nalı yaralamasın, ağ köpüklü sularıma duşmən dodağı toxunmasın.

Göysu atlarının biri yuxarı tərəfdə, biri isə aşağıda, bir qədər lillənmiş sudan içdilər. Qurdoğlu Göysu atının birincisini mindi, lilli su içmiş atını da yedəyinə alıb, Aldədə yurduna tərəf üz qoydu. O, Ò»ansı dağdan, çaydan keçirdisə, qulağına bir səs gəlirdi:

- Qurdoğlu, bizi qoru, axı bu yurdu sizə tapşırıblar.

Bu, vətən səsi, Odlar diyarının səsi idi.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info