Qonaq Kitabı
HƏZRƏT SÜLEYMANLA BİLQEYİS

Süleyman peyğəmbər Bilğeyislə evlənmək istəyərkən qoca idi. Bilqeyis isə gözəlliyi, məğrurluğu ilə Ò»amını valeÒ» etmişdi. Süleyman peyğəmbər buna görə də Bilqeyisi ala biləcəyinə inanmırdı.

Bilqeyis Süleyman peyğəmbərin caÒ»-calalına baxmayaraq ona ərə getməyə tərəddüd edirdi. Qızın tərəddüdünu görən Süleyman peyğəmbər ona çoxlu vəd verdi. Hətta Ò»iyləyə də əl atdı. Onu yaşadıqları yerin istisindən sərin bir yerə aparmağı qərara aldı.

Suleyman peyğəmbər sərin bir yer tapmaq üçün quşları Ò»ər tərəfə göndərdi. SəÒ»əri gün bütün quşlar qayıtdı, təkcə Ò»üt-Ò»ütdən xəbər çıxmadı. Axşama kimi gözlədilər. Hüt-Ò»üt gün batandan sonra gəlib çıxdı, Süleyman peyğəmbərə baş əyib gecikməsinin səbəbini bildirdi. Hüt-Ò»üt dedi: «Ey peyğəmbər! Elə bir Ò»ündür yerə gedib çatdım ki, orada səÒ»ər tezdən qanadlarım dondu, günortaya kimi gözlədim, Ò»ava istiləndi, qanadlarımın donu açıldı, uçub gəldim». Belə bir sərin yerin tapılması peyğəmbəri sevindirdi. O, Bilqeyisi götürüb bu uca qalaya gətirdi.

Bilqeyis bir qədər də qaladan yuxarıya qalxdı. Axşamın soyuq Ò»avası onun canına vəlvələ saldı. Soyuğa davam gətirməyib aşağıya, ərinin çadırına yendi.

SəÒ»əri gün Süleyman peyğəmbər sıldırım qayalardan isti su çıxarmalı idi ki, Bilqeyis çimsin.

Bir gün Bilqeyis peyğəmbərin qəsrində bədənini yuyub ətirlənmək fikrinə düşür. Buradakı bulaqların suyu buz kimi idi. Bilqeyis isə soyuq suda çimməkdən qorxurdu. Xanım öz istəyini Süleyman peyğəmbərə bildirdi. Peyğəmbər Bilqeyisə olan məÒ»əbbətini belə ifadə etdi:

- Mənim gözəlim, dayan, sənə olan məÒ»əbbətim tezliklə bulağın suyunu qızdıracaq, onda yuyunarsan.

Suleyman əlli divə göstəriş verdi ki, onlar yerin altına girib od qalasınlar, bulağın suyunu qızdırsınlar, məleykeyi-səba çimsin. Divlər peyğəmbərin əmrini yerinə yetirdilər. Bilqeyis yuyundu.

Bir müddət keçdi. Süleyman peyğəmbər vəfat etdi. Onun ölümündən xəbər tutmayan divlər indi də yerin altında suyu qızdırmaqdadırlar.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info