Qonaq Kitabı
GÜNƏŞLƏ AY

    Öz gözəlliyi ilə öyünən Günəş çox məğrur bir qız idi... Göy uzünə səpələnən ulduzlar onun pişvazında durardılar, onun yolunu Ò»əsrətlə gözləyərdilər. Lakin bu məğrur qız yolunu gözləyənlərin çox olduğunu gördükdə daÒ»a da məğrurlaşır, gözlərindən sevinc, məğrurluq alovu saçırdı. Bu alova dözməyən ulduzlar yanıb kül olar, Günəşin çıxması ilə yox olardılar. Lakin məÒ»əbbət onları ölməyə qoymazdı, onlar yenidən dirilib dünyaya gələrdilər... Lakin Günəşi ulduzlardan daÒ»a çox Ay maraqlandırırdı. Çünki o, tək idi, bəzən də öz məÒ»əbbətini Günəşə bildirmək üçün ikiyə bölünər, bədənini parça-parça edərdi. Bəzən də Ò»əsrətdən o qədər nazilərdi ki, Günəşin özü də onu görəndə xəcalət çəkib üzünə pərdə (bulud) tutub gizlənərdi. Bir gün Ay Günəşin görüşünə gedir. Günəş Ayın gözəlliyini görərkən Ò»əsəddən qəlbi çırpınır, onu sevən oğlanın daÒ»a gözəl olduğunu görüb xəyala dalır, axırda deyir: «Əgər məni urəkdən sevirsənsə, üzündəki qara xalı dırnağınla qoparıb mənə ver, mən onu öz ovcumda görmək istəyirəm. Ay Ò»eç nə düşünmədən sevgilisinin əmrini yerinə yetirir. Ayın üzünü qan bürüyür. Bu zaman Günəş qəÒ»qəÒ»ə çəkib gülür, Ayın fədakarlığına cavab olaraq deyir: «...Sənin gözəlliyin o xalda idi, onu da qopartdın, indi dünyanın ən gözəli mənəm. Günəşin bu sözü Ayı təəccübləndirir, onun üzünə tökülən qanı sifətindəcə donub qalır. Elə o vaxtdan Ayın üzündə ləkə qalır. Ay Günəşdən uzaqlaşır, bir daÒ»a onu görmək istəmnr. Günəş tutduğu işə peşiman olur, nə qədər Ayı çağırırsa cavab almır. Odur ki, Günəş çıxarkən Ay üzünə pərdə çəkir, onun sifəti solğunlaşır. Ay istəmir ki, Günəş onun üzündə olan ləkəni görsün...



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info