Qonaq Kitabı
10

Əzəllərdə iki qardaş yaşayırmış. Bulnardan biri kasıb, o biri çox varlıymış. Kasıb qardaşın oğlu olur, varlı qardaşın qızı. Bunnar bir-birini sevir. Ancax varlı qardaş öz qızını bir varrı oğluna nişannıyır. İşi belə görən cavannar bir-birinə qoşulub gecəynən qaçırlar. Qızın atası duyux düşür, onnarın dalınca qoşun saldırır.

Qıznan oğlan qaçıb bir dağa sığınır. Qoşun onnarı arıya alır, az qalır ki, tutsunlar. Bunnar tanrıya yalvarıllar ki, ya tanrı, bizi bir-birimizdən ayırma, neynirsən elə, biz bir yerdə olax. Tanrı bunnarı dağa döndərir.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info