Qonaq Kitabı
9

Ötənnərdə əldən-ayaxdan irax bir yerdə bir kişi vardı. Ata-baba günündə bu kişi qəbr üstünə gedirdi. Bir gün genə qəbrsannığa gələndə bir səs eşitdi:

- Ay kişi, tez qayıt kəndə, gir filan evə, arvadıma de, bos durmasın gəlsin, burada onu gözdəyirəm.

Kişi oyan-buyana baxıb Ò»eç kimi görmədi, təzədən duzəldi yola. Səs bir də gəldi:

- Sənə demədimmi qayıt kəndə, mənim arvadıma de gəlsin, onu gözdəyirəm?!

Kişi genə oyan-buyana baxıb bir kimsəni görmədi. Fikirrəşdi, bəs bu nə olan işdi, bura qəbrsannıxdı, məndən başqa burda bir kəs yoxdu, xortduyub qəbrdən çıxan da yoxdu ki, deyim bəlkə onun səsidi. Birdən ağlına gəldi ki, bu yəqin ölənnərdən birinin ruÒ»udu, məni çağırır. Özü də eşitmişdi ki, dədə-baba günü ölənnərin ruÒ»u ev-eşiyi gəzir. Həmin günnərdə adamlar onnarın adına qazan asır, bişmiş bişiirirlər. Odu ki, kişi qorxmuyub dilləndi:

- Tutaq ki, mən getdim sizə, tapşırığını da dedim arvadına. Arvadın buna inanarmı?

Onda səs kişiyə bir ot uzatdı. Kişi otu əlinə alan kimi gördü ki, Ò»ər tərəf ruÒ»nan doludu. O daÒ»a dayanmayıb birbaş səs dediyi evə gəldi. Gördü ki, arvad ölub, ruÒ»u da evdə dolanır. Kişi arvadın ruÒ»una dedi ki, bəs ərin səni qəbirsannıxda gözləyir. Mənə tapşırdı, sənə deyim, tez onun yanına gedəsən.

Arvadın ruÒ»u duruxdu. Kişi ona dedi ki, niyə dayanıbsan, tez ol get, ərin səni gözdəyir. Arvadın ruÒ»u kişidən soruşdu ki, sən məni necə görürsən? Kişi əlindəki otu ona göstərib dedi ki, bəs otu ərin mənə səni görmək üçün verib.

Arvadın ruÒ»u tez kişinin üstünə atıldı ki, otu ondan alsın. Onnar əlbəyaxa oldular. Kişi qışqırıb camaatı köməyə çağırdı. Qonum-qonşu tökülüb gəldi. Gördülər ki, kişi kiminləsə əlbəyaxadadı. Ancaq yaxında özünnən savayı bir kimsə yoxdu. Bu işə mat qaldılar.

Bu vaxt arvadın ruÒ»u özünü kişiyə elə toxundurdu ki, kişinin ovcunda tutduğu ot əlinnən yerə düşdü. Arvadın ruÒ»u tez əyilib otu götürmək istəyəndə bir it özünü yetirib otu uddu.

O vaxtdan da itdər ruÒ» görəndə uluyur.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info