Qonaq Kitabı
8

Günnərin bir günü obaya bir adam gəlib camaatdan soruşur ki, məni filan ocağa kim apara bilər? Camaatdan səs çıxmır, Ò»annan-Ò»ana kasıb bir odunçu deyir ki, mən apararam. Qonaq odunçuya deyir ki, ocağa getsək, orada mənim dediklərimi yerinə yetirsən, sənə özun ağırlığında qızıl verəcəyəm. Onnar razılaşıb yola düşüllər, gəlillər ocağa. Ocaqda bir qəbir vardı, özü də qəbrin üstünə qara örtük çəkilmişdi. Qonaq heybəsindən bir cür dərman çıxarıb odunçuya deyir: - Bax, qardaş, mən soyunacıyam, sən də bu dərmanı məinm bədənimə sürtəssən. Elə olsun ki, iynənin ucu boyda belə dərman sürtülməmiş yer qalmasın. Dərman sürtülənnən sora mən bayılıb Ò»uşsuz düşəcəyəm qəbrin yanına. Sən oyuqda gizlənib baxarsan. Qəbirdən bir ilan çıxacaq, mənim bütün bədənimi iyliyəcək, sora yıxılıb öləcək. Elə ki gördun ilan tərpənmir, ala bu biri dərmanı da tutarsan mənim burnuma. Qalanıynan sənin işin yoxdu. Özun ağırlığında qızıl al, çıx get.

Odunçu razılaşır, qonağı soyundurub başlayır dərman sürtməyə. Bütün bədənini dərmannıyır, ancax yadınnan çıxır qoltuğunun altına dərman sürtmur. Qonağın Ò»uşu gedir, bayılıb yerdə qalır. Odunçu bir yanda gizlənir, başdıyır güdməyə. Bir də görür ki, qəbrin yuxarı tərəfinnən bir ilan çıxdı ki, adamı diri gözdü udar. Bu ilan Ò»ər dəfə başdıyır qonağı başdan-ayağacan iyləməyə, Ò»ər dəfə ilanın ağzı qonağın bədəninə toxunanda acıxlanır, fısıldaya-fılsıldaya başını dala çəkirdi. Birdən ilan qonağın qoltuğunu iylədi, o saÒ»at ordan çalıb, gəldiyi kimi də çıxıb getdi.

Odunçu bir az gözdüyür. Sora yaxınlaşıb ikinci dərmanı qonağın burnuna tutur. Ancax qonaq ayılmır. Odunçu bir də baxır ki, ay dadi-bidad, qonax çoxdan ölüb. Qorxusundan bilmir neynəsin. Çox çək-çevirdən sora aparıb meyidi başqa bir yerdə basdırır. Qonağın paltarrarını da gizlədib, bu sirri Ò»eç kimə deməyib gizli saxlayır.

Bir müddət keçir. Bir gün odunçu müştəri gözlədiyi yerdə görür kü, Ò»əmin qonax budu gəlir, ancaq bir az cavanlaşıb. Odunçunun gözləri dörd olur, qaçıb qonağı qucaqlayır ki, ağa, başına dönüm, sən sağsan? Tanrıya min şükür... Paltarıyi saxlamışam, buyur, gedək verim.

Qonax bir söz demiyib odunçunun yanına düşür. Odunçu gizlətdiyi yerdən paltarları çıxarıb qonağa verir. Qonax onnarı görən kimi başladı Ò»önkür-Ò»önkür ağlamağa. Odunçu soruşdu ki, bə niyə ağlayırsan? Qonax dedi: - A kişi, sən məni yox, mənim atamı oçağa aparmısan. Bu paltarrar da onunkudu. Neçə il idi ki, atamın oldusu-qaldısı xəbərini bilən yoxdu. Ayrılanda demişdi ki, əyər qayıtmasam, işimi yarımçıx qoyma, dalımca gəl. İndi mən də gəlmişəm.

Odunçu bir az qorxdu. Elə fikirləşdi ki, onu qannı tutacaxlar. Oğlan dedi: - Əmi, qorxma, işdi, olub. Ancax yəqin sən onun bədənini yaxşı dərmannamamısan. Harasısa açıx qalıb, ilan da atamı vurub.

Odunçu başladı başına-gözünə döyüb ağlamağa ki, bə mən onun qoltuğunun altını dərmannamamışdım, ilan da oradan vurdu. Qonax dedi ki, nəsə, olan-olub. İndi dur gedək əvvəlcə atamın qəbrini göstər, sonra da məni apar ocağa.

Odunçu qonağı gətirdi atasını basdırdığı o yerə. Bir az ağlaşdılar, sora gəldilər ocağa. Qonax Ò»eybəsindən dərmannarı çıxarıb odunçuya verdi, dedi ki, ala, atam sənə necə demişdisə, o cür də elə. Ancax yadınnan çıxartma ki, gərək iynənin ucu boyda dərman sürtülməmiş yer qalmasın.

Odunçu dərmanı qonağın bədəninə sürtüb bir tərəfdə gizləndi. Bir də gördü ki, Ò»əmin ilan gəldi, başladı bayılmamış qonağı iyləməyə. Ancaq bu dəfə odunçu dərmanı elə sürtmüşdü ki, iynənin ucu boyda da açıx yer qalmamışdı. İlan qonağı iylədi, iylədi, açıx yer tapmayıb Ò»irsinnən, Ò»ikkəsindən bağrı çatdadı, qonağın yanında uzanıb öldü. Odunçu gördü ki, ta ilan tərpənmir, yaxınlaşıb ikinci dərmanı tutdu qonağın burnuna. Qonax ayıldı, ilanı ölmüş görüb çox sevindi. Geyinənnən sonra Ò»eybəsinnən tava çıxartdı, bıçaxnan ilanın başınnan, quyruğunnan bir qəriş kəsib atdı, qalanını da doğruyub tavıya tökdü, oçax qalıyıb başladı ğızartmağa. İlan öz yağıynan qızardı, qonax tavanı qabağına çəkib ətin Ò»amısını yedi. Sora durub Ò»arasa getdi.

Odunçunun ağzı açıla qalmışdı. Fikirləşirdi ki, görən bu nə sirdi? İlanı niyə yeyillər? Çəkinə-çəkinə tavıya baxdı. Tavada təkcə bir az yağ qalmışdı. Odunçu «nə olur-olsun» deyib, barmağını bu yağa batırdı, ağzına qoydu. Gördü ki, çox daddıdı, bütün tavanı sivirdi. Birdən qulağına bir səs gəldi. Baxdı ki, xırdaca bir ot deyir: - “Mən filan dərdin dərmanıyam». Böyrundəki bir daş da pıçıldayır ki, mənim altımda qızıl var, qaz onu çıxar. Odunçu bildi ki, bu ilanı yeyən adam bütün cannıların, bütün cansızların dilini başa duşür.

Bu zaman qonax qayıdıb gəldi, odunçuya dedi:

- Qardaş, atamla şərtləşdiyin  kimi, özün ağırlığında qızıl sənin Ò»aqqındı. Haqqını göndərdim evinə, dur get, ona yiyə ol.

Birdən qonağın gözu sataşdı tavıya. Gordü ki, odunçu tavadakı yağı sivirib. Fikirrəşdi ki, bu sirri ikinci adam da bilsə, puç olar. Tez cibinnən bir ot çıxarıb verdi odunçuya ki, ala bunu da ye. Odunçu otu yedi, hər şey yadınnan çıxdı. Elə bil arada Ò»eç nə olmuyub, elə əvvəlki adamdı ki, durur. Odunçu gəldi evinə. Qonağı da Ò»eç vaxt xatırramadı. Ancax Ò»ərdən təəccüblənirdi ki, kisə dolu qızılı onun evinə kim göndərib?



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info