Qonaq Kitabı
6

Bir pəÒ»livan varıydı. Bir gün eşitdi ki, atasını bir varrı aldurtdürüf. Getdi ki, atasının qanını ala. Əvvəl anasının yanına gəldi. Dedi ki, belə-belə, qan almağa gedirəm. Anası buna uğur diləyib dedi ki, oğul, duşmənnərini qırıb Ò»ayfını alacaqsan. Amma sonra at səni evə gətirməyəcək. Ayrı səmtə gedəcək. O Ò»araya getsə get. Gedib Savalanın başına çıxacaqsan. Orda bir mağarada bulaq var. Adına dirilik suyu deyillər. Bir az aralıda da ayrı bulaq var. Çatan kimi mağaradakı bulaqda üzünü yu, suyunnan iç. O biri bulaqda da atını sula. Onnan sonra Ò»eç birinizə ölüm yoxdu. Sən dərin yuxuya gedəcəksən. Hərdənbir ayılacaqsan. At keşiyində durub qurd-quşdan səni qoruyacaq. Sən dağdan o vaxt enəssən ki, qılıncın qınınnan çıxıb yerə düşəcək. Dəstəsi də sənə tərəf çevriləcək. Onda at kişnəyəcək, dırnağınnan yer eşəcək.

PəÒ»livan anasınnan ayrılıb getdi. Atasının Ò»ayfını alıb Savalana gəldi. Orda indiyə kimi yatır. On ildən bir ayılır, qılıncına baxır, təzədən yatır. Qanadlı yel atı da bulağın başında otdayır. Otu yeyif qurtardıqca təzədən bir də bitir. At gözləyir ki, vaxt gəlib çatsın, pəÒ»livan ayılsın… 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info