Qonaq Kitabı
Zərdüştün alqış nəğmələri

I

 

Ey AÒ»ura Məzda, səndən soruşuram, mənə bildir:

Bu yeri aşağıda və enməyə qoyulmayan göyü yuxarıda saxlayan

kimdir?

Suyu, odu kimdir yaradan?

Kimdir yelə və iti gedən buluda iti getməyi öyrətmişdir?

Ey Məzda, pak təbiətin yaradıcısı kimdir?

 

II

 

Ey AÒ»ura Məzda, səndən soruşuram, doğrusu, mənə bildir:

Bu faydalı işığı və bu qaranlığı yaradan kimdir?

Xoşluq gətirən yuxunun və oyaqlığın kimdir yaradıcısı?

İnsanları ibadətə çağıran danın, günortanın və axşamın

yaradıcısı kimdir?

 

III

 

Ey AÒ»ura Məzda, səndən soruşuram, doğrusu, mənə bildir:

Aya, yalanı doğru əlinə tapşıra bilərəmmi ki, onu,

sənin ayinində muştuluq verildiyi kimi, yerə yıxıb,

ağrı və işgəncəyə giriftar edə?

Bu böyük sınıqlıq, yalana tapınanlarda dərin iz qoyardı!

 

IV

 

Mən o şəxsəm ki, pak bir təbiətlə insanlar ruÒ»unu qorumaq üçün təyin olunmuşam; çünki AÒ»ura Məzdanın yaxşı əməl üçün verəcəyi mükafatdan xəbərdaram. Ta nə qədər güc və dözümüm vardır, doğru yola getməyi insanlara öyrədəcəyəm!

 

V

 

Ey insanlar, əgər Məzdanın müqərrər etdiyi əzəli Ò»ökmdən faydalansanız, bu dünya və o dünyanın xoşluğundan, əbədi əzabdan, yalana tapınanların zərərindən, düzlük istəyənlərin xeyir və faydasından agaÒ» olsanız, onda Ò»əmişə gələcəyiniz yaxşı keçəcək.

 

VI

 

Biz istəyirik elələri kimi ömrü başa çatdıraq ki, insanları düz yola çağırırlar. Olsun ki, Məzda və onun firişdələri bizə doğru gəlib, bizə düzlük və yardım göstərələr. Bizim də düşüncəmiz ta bilik sərçeşməsinə pey apara  (yol ala).

 

VII

 

Doğruluq atası Məzdanı tanımaq Ò»aqqını düzgün yerinə yetirmək üçün, bu müqəddəs ağıl uğrunda istər dildəki danışıq və pak xəyal ilə bağlı sözlərlə, istərsə də qolların görəcəyi iş və təmizkarlıq səyi ilə, gərək ən yaxşı əməlləri yerinə yetirəsən.

 

VIII

 

Ey Məzda, bu müqəddəs ağıldan doğruluq ardıcılları deyil, yalana tapınanlar zəlalətə düşdülər; istər birisinin malı çox olsun, istərsə də az olsun, gərək doğruluq yolu tutanın dostu ola və yalana tapınanların ziddinə gedə.

 

IX

 

Ey AÒ»ura Məzda, mənə bildir, çünki sən bilənsən, aya sənin qərarlaşdırdığın cəza günü çatmazdan öncə doğruluq ardıcılları, yalana tapınanlara qalib gələcəkmi? Bəli, bu qələbə dünya üçün bir təmizkarlıq tapşırığı olacaqdır!

 

X

 

Aləmi-təsəvvürdə ilk özünü göstərən o iki ekiz cöÒ»ərin birisi: düşüncədə, danışıq və dolanışıqda yaxşılıq olmuşdur; o birisi də pislik (yenə düşüncə, danışıq və dolanışıqda). Bu ikilikdən anlayan adam gərək pisi yox, yaxşını özünə seçə.

 

XI

 

Ey ərlik qızlar və ey yeznələr! Budur xəbərdar edirəm və sizə öyrədirəm, öyüdümü könlünüzdə nəqş edin və ürəklərinizə tapşırın. Təmizkar dolanışıq uğrunda qeyrətlə çalışmaqda biri-birinizdən qabağa düşün! Bu Ò»əyat gücü ilə ta özünüzü xoş və şad edəsiniz!

 

XII

 

Ey Məzda, işıqlı səÒ»ər Ò»açan gələcək və bəşər nəsli doğruluğa üz tutacaq? Öz Ò»ikmət dolu sözləri ilə o böyük qurtarıcı Ò»açan diləyinə çatacaq? Vəhumənin köməyilə gəldiyi adamlar kimlərdir? Çox ümid edirəm ki, ey AÒ»ura, onu mənə qismət edəsən! 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info