Qonaq Kitabı
5

Əmən adında bir kişi varmış. Bunun evində ocaq ilanı yaşayırmış. Bu ilan hər gün üç balasını da yanına salıb həyət-bacanı dolanır, ancaq heç kimə zərər vermirmiş.

Bir gün Əmən fikirləşir ki, qoy bu ilanın balalarından birini gizlədim, görüm neynir?

Əmən tabağı çevirir bala ilanlardan birinin başına. İlan çıxmağa yer tapmayıb qalır tabağın altında. Ocaq ilanı bir də baxır ki, balalarından biri yoxdu. Başlayır axtarmağa. Nə qədər axtarırsa tapammır. Bərk hirslənir. Taxçada qatıq dolu kasa vardı. İlan gedir bu qatıqı zaÒ»ərləyir. Sonra su qabına girir, onu da zəÒ»ərləyir.

Əmən qorxub tabağı götürür, ilanın balasını buraxır. Oçaq ilanı balasını görəndə duruxur. Sonra gedib kasanı aşırır, qatığı yerə tökür. Ondan sonra da gedib özünü palçığa bələyir, qayıdıb su qabına girir. Bir neçə dəfə belə edir, su bulanır, ta içməli olmur.

Sonra da ocaq ilanı balalarını da götürüb gedir. Əmən bir də onları görmür. İlannan bərabər xoşbəxtlik da Əməngildən gedir.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info