Qonaq Kitabı
4

MaÒ»ir bir ovçuydum, Ò»ələ ovdan əliboş qayıtdığım olmamışdı. Ancaq günlərin bir günü atdığım boşa çıxdı, oxum ceyrana dəymədi, çeyran qaçıb getdi. MöÒ»kəm Ò»irsləndim, dedim ki, gərək bu ceyranı tapıb öldürəm. Ta axşam düşənə görə orda gecələməli oldun. Yatıb yuxuda gördüm ki, qan içindəyəm, qan düz xirtdəyimə çıxıb, az qalıram boğulam. Ayıldım, ta yata bilmədim. Fikirləşdim ki, bu ceyranı öldürəndən sonra ovçuluğun daşını atacağam.

O başdannan durub ceyranın iziynən getdim. Günorta üstü onu tapdım. Bu dəfə oxum boşa çıxmadı, ancaq ceyranı yüngülcə yaralamışdım deyə genə qaçıb getdi. Xeylək yol getdim, sonra gördüm ki, qan izi bir mağaraya girir. Elə mağaraya yaxınlaşmışdım ki, içəridən bir ilan çıxdı. Bu ilanı vurdum. Sonra gördüm ki, bir ilan da çıxdı, ancaq elə yekəydi ki, başımın tükləri biz-biz durdu qorxudan. İlanın zəÒ»mi məni basdı, yayım əlimdən düşdü, taqətim qalmamışdı ki, əyilib göturüm. Elə quruyub key-key baxırdım ilana. Bir də gördüm ki, ilan ağzını açıb tüpürdü üzümə. Sonra düzəldi yola getdi. Elə bil ki, tilsimə duşmüşdüm. Mən də başladım bu ilanın dalınca getməyə. Bir az gedəndən sonra ilan dayandı, quyruğuynan yeri eşdi. Gördüm ki, yerdən qızıl çıxdı. İlan gənə başladı mənə baxmağa. Qorxa-qorxa əyilib beş dənə qızıl götürdüm. Sonra istədim gənə götürüm, ilan quyruğuynan qızılın üstun torpaqladı. Ondan sonra xeylək qabağa sürünüb dik dayandı. Mən də çıxıb getdim. Gözdən itənəcən gördüm ki, dalımca baxır.

Ordan çay qırağına gəldim. Əyilib su içmək istəyəndə gördüm ki, əcayib sifətə düşmüşəm. O vaxtdan gəzirəm, ancaq dərdimə əlac tapammıram.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info