Qonaq Kitabı
3

Bir arvad vardı. Bir yol gecə bu arvad Ò»əyətdə su qızdırıb çimirmiş. Ancaq geçə vaxtı arvad xəylağının eşiyə çıxması uğur gətirməz, mütləq ona bir sədəmə toxunar. Elə arvad çiməndə gözünə nəsə görünür, qorxub qaçır evə. Qapıya çatar-çatmaz göydən başına canavar donu düşür. Bu arvad olur qurd, düşür el-obanın canına. Yeməyə Ò»eç nə tapammır, qayıdıb gəlir evə. Əri, uşaqları yatmışdı. Gəlir xırda uşağının çeçələ barmağını yeyir, görür ki, çox şirindi. Yenə gedib gəzib-dolanır, əlinə bir şey keçmir. Gəlir xırda uşaqını təmiz yeyir.

SəÒ»ərisi kişi durur ki, xırda uşağı yeyiblər, arvadın da ağzı-burnu qanlıdı. Bilir ki, uşağı arvad yeyib. Durur arvadı salır ağacın altına, vur ki vurasan. Arvad birtəÒ»ər qaçıb gedir. Camaat başlayır ona qurd arvad deməyə.

Qurd arvad düşür oymaq-oymaq gəzir, neçə uşaq oğurlayıb yeyir. Elə yeyib gedirmiş ki, qovlasan da tutammazmışsan. Qurd arvad dağda-daşda gecələyirmiş, Ò»ərdən də öz evinə baş çəkirmiş, ancaq ərinin qorxusundan içəri girməzmiş.

Bir gün adamlar mısıb görürlər ki, qurd arvad donun çıxardıb kəsəklərin arasında gizlətdi. Gizlicə bu donu götürürlər. Arvad o saat bilir, başlayır ağlayıb-yalvarmağa, qışqırıb qorxuzmağa ki, bə mənim donumu verin. Ancaq vermirlər, atırlar oda yanır. Arvad özündən gedir, sonra ayılır, ta qurd olmur.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info