Qonaq Kitabı
2

Bir oğlan gəzirmiş, görur ki, qayanın üstündə çılpaq bir qız var. Qız ondan paltar istəyir. Oğlan qızı geyindirib gətirir evə. İstəyir onunla evlənsin. Bir qoca gəlir, oğlana deyir ki, bu, qız cildinə düşmüş ilandı. Onu alsan səni öldürəcək.

Oğlan inanmır, deyir ki, bu qız gələndən mənim ruzum artıb, Ò»ara getmişəm, işim düzəlib, sən yalan deyirsən.

Qoca deyir ki, inanmırsansa, ona duzlu yemək ver, evə də su qoyma, qapını bağlayıb gendən bax, gör nə olur?

Oğlan elə də eləyir. Görür ki, qız evdə su tapammadı. Qapı bağlı olduğundan eşiyə çıxammadı. Birdən nazik bir ilana çevrilib deşikdən çıxdı eşiyə. Su içib qayıtdı içəri, genə də düşdü qız cildinə.

Oğlan görür ki, qoca düz deyirmiş. Soruşur ki, bə neynəyim? Qoca deyir ki, qıza denən çörək yapsın. Çörək bişirəndə sal təndirə yandır.

Oğlan gəlib qıza deyir ki, dur çörək yap. Qız durub çörək yapanda oğlan onu itələyib salır təndirə. Bu vaxt qoca gəlir oğlana deyir ki, get mənə su gətir.

Oğlan gedib su doldurur, tez gətirir ki, versin qocaya, görür ki, qoca qızı təndirdən çıxarıb. Ancaq qız yanmayıb, başdan-ayağa qızıla çevrilib. Qoca qızıla dönmüş qızı götürüb qaçır. Oğlan düşür dalına, tutammır, kor-peşman qayıdır evə.

O gündən oğlanın Ò»eç bir işi düz gəlmir - Ò»ara gedirsə, əliboş qayıdır, yeməyə quru çörəyi də olmur, acından ölür.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info