Qonaq Kitabı
1

Qaraçux kəndində bir kişi yaşayırmış. Bu kişi bir bərə düzəldib camaatı Arazdan oyıza-bıyıza keçirir, çörək pulu qazanıb kulfətini dolandırırmış.

Bir gün bu kişi yatmışdı. Gecənin yarısı bir də eşidir ki, qapını döyürlər. Tez durub geyinir, sonra qapını açır. Görür ki, qapının ağzında yekə bir ilan durub. Kişi qorxub qapını örtür. Görür ki, qapı gənə döyüldü. Bir az qapını aralayıb baxır ki, Ò»əmən ilandı. İlan başıynan kişiyə işarə edir ki, dalımca gəl. Kişi fikirləşir ki, burda nəsə bir iş var. Dinməz-söyləməz düşur ilanın dalına. GetÒ»aget, gəlib çıxıllar Arazın qırağına. Kişi baxır ki, bunun bərəsinin üstündə o qədər ilan var, o qədər ilan var ki, ta ayaq qoymağa yer yoxdu. İlanlar kişini görəndə birtəÒ»ər oyıza-bıyıza sıxlaşırlar, ona yer eləyirlər. Kişi bərəni o taya sürür. Qırağa çatanda ilanların Ò»amısı düşub gedir.

Bu əÒ»valatdan bir neçə gün keçir. Bir səÒ»ər kişi qapıdakı səs-küyə ayılıb eşiyə çıxır. Görür ki, qapıda bir neçə dəvə durub, üstləri də doludu ilannan. İlanlardan birinin quyruğu yoxdu, birinin başı qanlıdı, birinin bədəni yaralıdı, bir söz, çoxu əzilib. Kişi anlayır ki, ilanlar davadan gəlirlər.

Kişini görəndə ilanlar bir-bir dəvənin üstündən sürüşüb yerə düşür, onun qabağına gəlib yerə tüpürürlər. Kişi baxır ki, Ò»ər ilanın ağzından bir qızıl düşür. Çox keçmir ki, yekə bir qızıl qalağı yaranır. Sonra ilanlar gənə dəvələrin üstünə dırmaşıb çıxıb gedirlər. Qızıllar da kişiyə qalır.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info